Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 11:07)
“Azərbaycan Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətdə səylərini əsirgəməyib”


azerbaycan-efqanistanda-tehlukesizliyin-temin-olunmasi-istiqametde-seylerini-esirgemeyib

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakı şəhərində “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Mediatv.az-ın  məlumatına görə, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Əfqanıstana dair bundan əvvəl keçirilmiş toplantıların davamı olaraq, budəfəki konfransın Bakı şəhərində təşkil edilməsini önəmli hadisə kimi qiymətləndirib. Beynəlxalq tədbirin Əfqanıstanda mərkəzləşdirilmiş, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunan dövlətin bərqərar olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Xidmət rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimad əsasında qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə də xalqlararası dərin tarixi-mədəni bağlılıqdan danışaraq qeyd edib ki, Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib, bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib.

General-polkovnik Əli Nağıyev Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsinin zəruriliyinə diqqət çəkib.

Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmasında vahid mövqe ortaya qoyulmasının tədbirin keçirilməsində əsas məqsədlərdən biri olduğunu vurğulayan Xidmət rəisi Əli Nağıyev Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsinin vacibliyini qeyd edib, bütün bunlar üçün region ölkələrinin və digər dövlətlərin koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklərinə inamını ifadə edib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025