Kriminal (Bu gün, 13:34)
Bakıdakı klinikanın rəhbərinin cinayət tarixçəsi üzə çıxdı

Tribunainfo.az xəbər verir ki, Q.Ataşova əlində bu faktları təsdiqləyəcək sənədlərin də olduğunu bildirib:
“Əldə etdiyimiz məlumata görə, Vüsal Həsənov Ermənistanda, Krasnoselsk rayonunda anadan olub, hazırda Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatdadır. Onun rəsmi lisenziya olmadan klinika fəaliyyəti göstərdiyi və qeyri-rəsmi münasibətdə olduğu Gülsüm Əliyevanın isə həkimlik təhsili olmadan insanlara cərrahi əməliyyatlar apardığı müəyyən edilib.
Məsələ burasında maraqlıdır ki, Həsənov Vüsalın cinayət keçmişi də kifayət qədər zəngindir. Rəsmi məhkəmə qərarlarına əsasən, o, müxtəlif illərdə bir neçə dəfə məhkum olunub:
13.05.2004-cü il – Bakı Suraxanı RPİ tərəfindən dələduzluq işi üzrə məhkumluq,
16.10.2004-cü il – Mingəçevir Məhkəməsinin qərarı ilə dələduzluq,
30.09.2005-ci il – Apellyasiya Məhkəməsinin qərarı ilə dələduzluq,
11.11.2007-ci il – Yasamal RPİ tərəfindən xuliqanlıq faktı üzrə məhkumluq.
Bu qədər açıq faktlardan sonra bu adam istəsə belə məni məhkəməyə versin! Qoy sübut etsin ki, barəsindəki bu rəsmi cinayət qeydləri uydurmadır!
Hər şey sübutlarla, sənədlərlə ortadadır. Dələduzluqda məhkum olunan indi insanlara şəfa verməyə çalışır”.
Qarşı tərəfi dinləməyə hazırıq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025