Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Dünən, 22:21)
Beyləqanda Zərifə Əliyevanın anadan olmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

28 aprel 2025-ci il tarixdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibətilə “Kamilliyin simvolu: Zərifə Əliyeva xatirələrdə” adlı tədbir keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları, “Beyləqan RMX” publik hüquqi şəxsin rəhbərliyi və tibb işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidə önünə gül dəstələri düzülüb.
Gənclər Evində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca akademik Zərifə Əliyevanın ömür yoluna və zəngin elmi irsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Zərifə Əliyevanın həyat və fəaliyyətindən geniş söz açıb. O qeyd edib ki, Zərifə Əliyeva öz müstəsna elmi nailiyyətləri, yüksək peşəkarlığı və fədakar fəaliyyəti ilə Azərbaycan səhiyyə tarixində silinməz iz qoymuşdur. Onun yaratdığı elmi məktəb bu gün də uğurla davam etdirilir, bir çox gənc alim və həkimlər onun qoyduğu möhkəm təməllər üzərində yetişirlər. Əziz Əzizov vurğulayıb ki, Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də böyük insan – qayğıkeş ana, vətənpərvər və əsl ziyalı nümunəsi idi.
Tədbirdə Beyləqan rayon prokuroru Ramazan Hadıyev, “Beyləqan RMX”sı publik hüquqi şəxsin direktoru Bayram Muradov və digərləri çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə və cəmiyyətinə verdiyi misilsiz xidmətlərdən danışıblar. Natiqlər Zərifə xanımın Azərbaycan səhiyyəsində qoyduğu irsin bu gün də yaşadığını və gələcək nəsillərə örnək olduğunu vurğulayıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş musiqilər səsləndirilib, məktəblilərin ifasında şeirlər oxunub. İfa olunan əsərlər tədbirə xüsusi mənəvi duyğular qataraq iştirakçılarda dərin təəssüratlar yaradıb.
 
шаблоны для dle 11.2

Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025