Siyasət / Slayd (23-05-2014, 14:00)
“Deyin görək, ABŞ-da hər şey qaydasındadırmı?”
Prezident Administrasiyası rəhbəri səfir Morninqstraın Azərbaycanda söz azadlığı və sərbəst toplaşmaq sahəsində ciddi problemlərinin olmasına da münasibətini bildirib.
“Mediatv.az” xəbər verir ki, o deyib:
“Deyin görək, ABŞ-ın özündə söz azadlığı və insan haqları ilə bağlı hər şey qaydasındadırmı? Məsələ ondadır ki, biz bu məsələyə hansı rakursdan və hansı niyyətlə baxırıq. Elə ABŞ-ın özünü götürək. Bütün dünya amerikalı əsgərlərin Quantanamo və ABŞ-ın digər Avropa şəhərlərindəki gizli həbsxanalarında müsəlman əsirlərə necə əziyyət etməsini izlədi. Daha sonra məlum oldu ki, həbs olunanların çoxsunun cinayət və terrorizmə aidiyyatı yoxdur, onları Amerika xüsusi-xidmət orqanlarının anlaşılmaz fərziyələrinə görə saxlayıblar. İnsanlar qandallanaraq uzun illər boyu ən dəhşətli şərtlər altında saxlanılıblar. ABŞ və Avropadakı “Uoll Striti işğal et”, “Franfurktu işğal et” və sair etiraz aksiyalarını xatırlamaq olar. Həmin ölkələrin polislərinin nümayişçilərə qarşı necə qəddar və kobud davrandığını dünya ictimaiyyəti unutmayıb. Bu yaxınlarda Belçika və Almaniyada nümayişlərdə polisin qeyri-mütənasib davranışını neə izah etmək olar?. Axı bütün sadaladığım ölkələr demokratik və inkişaf etmiş vətəndaş cəmiyyətinə malik ölkələr hesab edilir. Son illər ağır faktlar var ki, ABŞ nəinki ayrı-ayrı şəxslərə qarşı, eləcə də bütöv dövlətlərə qarşı beynəlxalq hüquq normalarını pozur. Buna ən parlaq nümunə Avropa liderlərinin telefon danışıqlarının dinlənilməsidir. ABŞ insan haqları sahəsində bu qədər çoxsaylı kobud qanun pozuntularına yol verdiyi halda nədən başqalarına demokratiya dərsi verməyə çalışır. Azərbaycanda insanların bütün haqları və azadlıqarı təmin edilib. Müxalifət partiyaları fəaliyyət göstərir, müxalifət qəzetləri çıxır. Müxalifət partiyaları öz fikirlərini bildirmək üçün və qanun çərçivəsində kütləvi aksiyalar üçün bütün imkanlara sahibdir. O ki qaldı “ qərb dəyərlərinin daşıyıcıları” anlayışına, mən bilmirəm ki, səfir Morninqstar konkret nəyi nəzərdə tutur. Mənə belə bir kateqoiya məlum deyil. İki cür vətəndaş kateqoriyası var. Birinci, o kəslərdir ki, ölkə qanunlarına hörmətlə yanaşır, ikincilər isə o şəxslərdir ki, öz eqoist məqsədlərini həyata keçirmək üçün üçüncü qüvvənin əlində alət olmağa hazırdırlar”.