Dünya (28-02-2014, 14:22)
ABŞ Dövlət Departamenti hesabat yaydı
2013-cü il Azərbaycanda ifadə, toplaşma və birləşmə azadlıqlarına “artan məhdudiyyətlər” ən ciddi insan haqları pozuntuları sırasında olub. Bunu ABŞ Dövlət Departamenti “2013-cü il Ölkələr üzrə İnsan Haqları Hesabatı”nda bildirir. Hesabatda jurnalistlərə, insan haqları və demokratiya fəallarının qorxudulması, həbs, gücdən istifadə halları sadalanır.
Vətəndaşların hökuməti dinc yolla dəyişmək hüququna məhdudiyyətlər də qeyd olunur. Hesabatda ötən oktyabr prezident seçkilərinin əsas demokratik seçki standartlarına uyğun gəlmədiyi vurğulanır.
Hesabatda bildirilir ki, hakimiyyət mülkiyyət hüquqlarına dair gərəkən hüquqi prosesləri təmin etməyib. Nəticədə insanlar zorla evlərindən çıxarılıb, binalar şübhəli dövlət ehtiyacları səbəbləri ilə sökülüb, dövlətin aldığı mülkiyyətə adekvat kompensasiya verilməyib.
Yeni açıqladığı hesabatda ABŞ Dövlət Departamenti avtoritar rejimlərin təhlükəsizlik qüvvələrindən yararlanaraq hakimiyyəti gücləndirməsini və narazıları əzməsini pisləyib. Bu sərt tədbirlər həmin ölkələrdə “uzunmüddətli sabitlik, təhlükəsizlik və iqtisadi inkişafı” zədələyir.
Hesabata görə, Ukraynadan tutmuş Suriya, Myanmardan Venesuelaya qədər təhlükəsizlik qüvvələri insan haqları pozuntuları üçün məsuliyyət daşımalıdır.
Hesabat üzə çıxarıb ki, dünya əhalisinin üçdə biri avtoritar idarəçilik altında yaşayır. Rusiya və İran daxil olmaqla 80 ölkədə gey icmaları ayrı-seçkiliyə məruz qalır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024