Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (27-03-2017, 09:55)
“Elə bil XİN yoxdur…” - Tofiq Zülfüqarov

“Həmişə belə bir imkan var ki, kimsə daha radikal mövqedən çıxış etsin və tələb etsin ki, biz qısa müddətdə əraziləri boşaltmalıyıq. Biz hamımız bunu istəyirik, amma realist olmalıyıq”.

Mediatv.az  xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, təəssüflər olsun ki, bu proses uzanır: “Bəzən belə radikal mövqedə olan adamlar düşünməlidirlər ki, onların çağırışlarının birbaşa bizim əsgərlərimizin həyatı ilə bağlılığı var. Yəni kənarda durub kimisə harasa çağırmaq asandır. Amma biz həmişə fikirləşməliyik ki, el arasında deyildiyi kimi, “Nə şiş yansın, nə kabab”. Elə etməliyik ki, istədiyimiz hədəflərə ən az itkilərlə nail olaq”.

T. Zülfüqarov bildirib ki, bizim hərbi-siyasi direktivimizin olması çox vacibdir: “Bizə qarşı işləyən təbliğat iddia edir ki, guya biz gedib Qarabağdakı erməniləri qırıb-çatmaq istəyirik. O təbliğatın qarşısını almaq üçün bu hadisələrdən qabaq, yaxud təhlükə yetişən zaman ortaya qoymalıyıq ki, bizim məqsədimiz nədən ibarətdir”.

Bu istiqamətdə Azərbaycan XİN-nin görməli olduğu işlərə gəldikdə o deyib ki, Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır: “Demək olar ki, bu prosesdə onun səsi eşidilmir. Təəssüflər olsun. Amma onun yeri də var, mövqeyi də olmalıdır, səsi də eşidilməlidir. Müxtəlif addımlar atılmalıdır, amma susmaq qəbuledilməzdir. 4-5 aydır müxtəlif hadisələr baş verir, mən indiyədək Xarici İşlər Nazirliyinin mövqeyini başa düşməmişəm, elə bil o, yoxdur...”

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024