Siyasət (21-02-2017, 18:14)
“Bu postun ən layiqli namizədi odur” – Fazil Mustafadan 1-ci vitse-prezident təyinatına reaksiya
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.
Mediatv.az: Millət vəkili Fazil Mustafa Xeber365.com-a açıqlamasında yeni təyinatla bağlı məsələyə münasibətini bildirib:
“Bu, Prezidentin səlahiyyətinə aid olan məsələdir. Mənim bu təyinata münasibətim müsbətdir. Mehriban xanım kifayət qədər həm ölkə səviyyəsində, həm də beynəlxalq arenada kifayət qədər ən fəal siyasətçilərdən biridir. Hesab edirəm ki, bu postun ən layiqli namizədi odur”.
F.Mustafa “Birinci vitse-prezidentin səlahiyyətlərinə nələr daxil olacaq” sualına “Bu, qanunvericiliklə müəyyən olunacaq. Ola bilsin ki, bununla bağlı hər hansı əsasnamə, yaxud sərəncam qəbul ediləcək” cavabını verib.