Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-02-2017, 15:46)
Vitse-prezidentin səlahiyyətlərinə nələr daxildir?

Vitse-prezidentin səlahiyyətlərinə nələr daxildir?

Xəbər verdiyimiz kimi, bu gün dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib. Qeyd edək ki, bu postun təsis edilməsi ötən ilin sentyabrın 26-da səsverməyə çıxarılan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində nəzərdə tutulmuşdu.

Mediatv.az xəbər verir ki, konstitusiya dəyişikliklərinə görə, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Ehtiyac yaranarsa, prezidenti vəzifədə əvvəl qüvvədə olduğu kimi baş nazir yox, vitse-prezidentlər əvəzləcəyəcəklər. Belə ki, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün ərzində (indi qüvvədə olan variantda bu müddət üç ay nəzərdə tutulub) növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edəcək.

Hər hansı səbəbdən Birinci vitse-prezident prezident vəzifələrini icra edə bilməzsə, bu səlahiyyət vitse-prezidentə veriləcək. Vitse-prezident də bu vəzifəni hər hansı səbəbdən icra edə bilmədikdə, bu səlahiyyət baş nazirə həvalə edilir.

Konstitusiyaya vitse-prezidentlərin toxunulmazlığı barədə maddə də əlavə edilib. Bu maddəyə görə, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.

Vitse-prezidentlərin təminatı üçün də yeni maddə nəzərdə tutulub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.

Nəhayət, vitse-prezidentlərə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququ veriləcək.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024