Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (17-05-2014, 19:49)
Vasif Talıbovun ətrafında şübhəli oyunlar başladı - SƏBƏB

Vasif Talıbovun ətrafında şübhəli oyunlar başladı - SƏBƏB

 

Mayın 15-i Sumqayıt Apelyasiya Məhkəməsində sabiq xarici iqtisadi əlaqələr naziri, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğlu Nicat Quliyevin şikayəti əsasında yeni məhkəmə prosesi başlayıb. Məlumdur ki, V. Talıbov xalası oğlunun həbsini mərkəzi hakimiyyətdəki bəzi məmurların ona yönəlmiş əməliyyatı kimi dəyərləndirir. O, 2013-cü il avqustun ayının 7-dən həbsdə olan N.Quliyevin günahsız yerə məhkum olunduğu qənaətindədir. 
N. Quliyevin həbsi ötənilki prezident seçkiləri ərəfəsində onun Milli Şuranın bəzi rəhbərləri və qurumun vahid namizədi Rüstəm İbrahimbəyovla əlaqələrinin, konkret olaraq telefon danışıqlarının təsbit olunması ilə izah edilirdi. Hələ o zaman da belə iddialar vardı ki, V.Talıbov xalası oğlunun günahsızlığına inanır və bu əməliyyatı rəqiblərinin ona qarşı düşünülmüş planı hesab edir. Hətta bu həbslə bağlı onun dövlət başçısı ilə də şəxsən görüşdüyü deyilirdi. Sonradan R.İbrahimbəyov da çoxdan tanıdığı N. Quliyevlə bir-iki dəfə telefonla danışdığını təsdiq etdi və bu həbsin siyasi motivi olduğunu dedi. R.İbrahimbəyov hətta Bakıya qayıdacağı təqdirdə onun da bu işlə əlaqədar həbsinin planlaşdırıldığını söyləyib. 
Amma hakimiyyətin ən odioz fiqurlarından olan V.Talıbovun yaxın qohumuna "Milli Şuranın silahlı qanadının rəhbəri” ittihamı vermək mümkün olmadı və o, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edildi.
Mayın 15-də başlayan prosesdə diqqətçəkən məqam N. Quliyevin vəkillərinin məhkəmə hökmündən verdikləri şikayətdir. Vəkilləri N. Quliyevin barəsində hökmün ləğv edilməsini, ona bəraət verilməsini və təbii ki, dərhal azadlığa buraxılmasını istəyirlər. Bundan başqa, şikayətdə sabiq nazirin Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit olunan və qorunan insan azadlığı, təqsirsizlik prezumpsiyası, qeyri-insani rəftara məruz qalmamaq, müdafiə, şəxsi, ailə həyatına hörmət, ədalətli, qərəzsiz və müstəqil məhkəmə araşdırması hüquqlarının pozulması hallarına yol verən şəxslər barəsində xüsusi qərar qəbul edilməsi tələbi qoyulub. 
Adətən bu kimi proseslərdə şikayətçi tərəf günahsız olsa belə hansısa yüngülləşdirici halların (N.Quliyevin himayəsində azyaşlı uşaqları var) nəzərə alınmasını qabardırlar. N.Quliyevin şikayətindən də görünür ki, vəkillər müvəkkilinin günahsız olduğuna əmin olmaqla yanaşı, bu prosesdə ona qarşı qanunsuzluğa yol vermiş hər kəsin cəzalandırılması barədə qərar verilməsini istəyirlər. Bu isə çox böyük ehtimalla təkcə N.Quliyevə deyil, bu işi özünə qarşı oyun hesab edən Naxçıvan rəhbərinə daha çox lazımdır. V.Talıbov tarana getməklə xalası oğlunun günahsızlığını sübut etmək istəyir. Bəlkə də bu, ona xalası oğlundan daha vacibdir... Məlumata görə, V.Talıbov məhkəmələrə qohumu ilə bağlı indiyədək heç bir müraciət etməyib və sonluğu gözləməyə üstünlük verib. 
"Mediaforum” saytının məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesə sabiq nazirin özünü də gətiriblər. Nicat Quliyevin dəmir barmaqlıqlar arxasında deyil, vəkillərin yanında oturdulması ilə bağlı vəsatət təmin edilib. Məhkəmə prosesi mayın 29-da davam etdiriləcək.
Bu prosesin yekununun necə olacağı V.Talibovun ətrafında baş verən müəmmalı proseslər baxımından daha çox maraq doğurur. Naxçıvanda özünə balaca krallıq quran V.Talıbovun tezliklə vəzifədən gedəcəyi ilə bağlı xəbərlər intensivləşib. Onun ətrafında müəmmalı proseslərin cərəyan etməsinin bağlı olduğu klanın - Bəylər Əyyubovun zəiflədilməsi ilə birbaşa əlaqəsini axtaranlar da var. Məlumdur ki, B. Əyyubovun da yaxın qohumları həbsdədir...
Naxçıvanın qapılarını mərkəzi hakimiyyətdə söz sahibi olan bir çox qüdrətli nazir-oliqarxların üzünə çoxdan bağlayan V.Talıbov özünə xeyli düşmən qazanıb. Bu səbəbdən də V.Talıbovun Bakıdan sıxışdırılması prosesi son vaxtlar daha da sürətlənib. Apelyasiya Məhkəməsi də V.Talıbovun yaxın qohumu ilə bağlı hökmü qüvvədə saxlasa, bu həm də Naxçıvan Ali Məclis sədrinə növbəti mesaj kimi qəbul ediləcək. Talıbov bunu bildiyindən hüquqi müstəvidə tarana getməyə üstünlük verib(musavat.com)

 


шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024