Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-07-2016, 10:38)
15 iyul olayı Qarabağ sülh prosesini yavaşıdıb – səbəb

 

Ekspertlər yeni durumu şərh edir; rusiyalı tanınmış politoloq: “Türkiyədə reallaşmayan çevriliş cəhdindən sonra tarixi bir eranın astanasındayıq...”

 

Mediatv.az:   Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş hadisəsi bir sıra regional proseslərlə yanaşı Qarabağ məsələsinə də təsirsiz ötüşmədi, Dağlıq Qarabağ problemi nisbətən arxa plana keçmiş oldu. Yəqin ki, müəyyən müddət belə də olacaq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin iyulun 18-nə Ankaraya nəzərdə tutulan mühüm səfərinin təxirə salınması bunun ilkin təzahürlərindən sayıla bilər.

 

Bu barədə danışan Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “hazırda növbəti görüşün vaxtı üzərində işlədiklərini” bildirib. Halbuki aprel döyüşlərindən sonra Qarabağla bağlı başlanmış yeni diplomatik fəallıq, xüsusən də Rusiyanın təşəbbüskarlığı rəsmi Ankaranı da prosesə cəlb eləməyə yaxın idi. Ancaq həmsədr ölkə Fransada baş vermiş növbəti terror aktı, ardınca qardaş ölkədə yaşanan dövlət çevrilişi cəhdindən sonra proses indi ləngimiş kimi görünür. Tezliklə prezidentlərin növbəti görüşünü hazırlayacaqlarını bəyan edən həmsədrlərdən indi səs çıxmır.

 

Üstəgəl, işğalçı Ermənistanın özündə son günlər daxili ictimai-siyasi durum xeyli gərginləşib və bunun da kökündə duran aparıcı səbəblərdən biri kimi Qarabağ məsələsində rəsmi İrəvanın ata biləcəyi konstruktiv addım göstərilir. O üzdən Ermənistanda Sərkisyan rejiminin də qat-qat radikal olan qüvvələr mövcud hakimiyyətlə az qala ultimatum dilində danışmağa, silahlı qiyamla hədələməyə başlayıblar.

 

Yaranmış vəziyyətdə Qarabağa dair böyük sülh sazişinə aparan yol, göstərilən təşəbbüslərin nəticələri təbii ki, xeyli dumanlı görünür. Demək, müharibə ehtimalı  təzədən aktuallıq qazanır. Bəs regionda, qonşu ölkələrdə baş verən kritik olaylar fonunda Dağlıq Qarabağ konflikti zonasında yeni və daha geniş miqyaslı hərbi qarşıdurma mümkündürmü və belə eskalasiya zamanı Türkiyənin Azərbaycana dəstək imkanları 15 iyuldan sonra hansı istiqamətə dəyişib? 

 

Rusiya İslam Komitəsinin sədri, Azərbaycan əsilli tanınmış siyasi analitik Heydər Camalın bu xüsusda fikri maraq doğurur. Analitik hesab edir ki, 15 iyul qiyamın günahkarı qismində ABŞ müəyyən edildiyindən, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya, müvafiq olaraq da erməni istiqamətində əl-qolu bağlanmış olacaq. “Bu üzdən yaxın zamanlarda Türkiyə Bakıya sonuncunun vərdiş elədiyi ənənəvi dəstəyi tam verə bilməyəcək. Əlbəttə ki, Türkiyə heç vaxt öz müttəfiqini atmayacaq, hərgah, Azərbaycanın blogger ictimaiyyətinin bir qisminin şərhləri yəqin ki, qardaş ölkənin hissələrinə toxunub. Amma burada başqa bir təhlükə var: məsələ ondadır ki, Ankaranın şimal istiqamətində əl-qolunun bağlı, Azərbaycanın isə nisbi tənhalığına əmin olan Ermənistan təxribatlarına əl ata bilər. Azərbaycan xalqı, onun silahlı qüvvələri buna hazır olmalıdır”, - deyə politoloq xəbərdarlıq edib.

 

Məsələ də ondadır ki, son vaxtla işğalçı Ermənistanda da ultra-radikal millətçi qüvvələr tərəfindən müharibə çağırışlar artıb. Aprel hərbi zərbəsindən yaxşı dərs götürməyən həmin qüvvələrə, deyəsən, bu dəfə daha sərt qulaqburması vermək lazım gələcək - əlbəttə ki, Azərbaycan məqbul bildiyi əlverişli məqamda. Bu məqam isə söz yox ki, həmişəki kimi, ən əvvəl Rusiya amilindin asılı olacaq.

 

 

Bu xüsusda Türkiyədəki hərbi qiyam faktı yeni və maraqlı bir situasiya yaradıb. Bir sıra ekspertlərə görə, hərbi çevrilişdə “Amerika izi”nin üzə çıxması Ankara və Moskvanın daha da yaxınlaşması, hətta yeni hərbi müttəfiqlik yaratması üçün unikal imkan açıb və bu imkan Bakının da xeyrinə işləyə bilər. Rusiyalı tanınmış tarixçi-analitik, beynəlxalq meydançalarda və tribunalarda daima Azərbaycanın haqlı mövqeyini müdafiə edən və buna görə vaxtaşırı erməni təhdidləri ilə üzləşən Oleq Kuznetsov bu cür düşünənlər sırasındadır.

 

“15 iyul çevriliş cəhdi ilə bağlı Ərdoğanın zəng elədiyi ilk dünya lideri Rusiya prezidenti Vladimir Putin oldu. Bu jest olduqca əlamətdar olmaqla özlüyündə çox şey deyir. Yeri gəlmişkən, Türkiyədə baş verənləri ilk olaraq dövlət çevrilişinə cəhd adlandıranlardan biri Azərbaycan prezidenti İlham Əliyev idi. Belə görünür, Türkiyə üçün indi əsas oriyentir məhz Rusiya olacaq, ABŞ yox. Şəxsən mən buna çox sevinərdim.

 

Mən artıq çoxdan - 2013-cü ildən Qara dəniz-Qafqaz regionunda Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması ideyasını təbliğ edirəm. Və bunu həm şifahi, həm də yazılı şəkildə elmi konfranslarda və elmi-publisistik məqalələrdə qeyd edirəm”, - deyə Oleq Kuznetsov vesti.az-dakı müəllif məqaləsində bildirir.

 

Ekspertə görə, belə bir hərbi-siyasi blokun yaradılması zərurəti indi artıq onun bütün potensial iştirakçıları, ilk növbədə də Türkiyə üçün daha aydın görünür. “Mənim əvvəllər öz mahiyyətinə görə ağılsız və mümkünsüz görünən, haqqında ”belə bir şey mümkün deyil, çünki heç vaxt mümkün deyil" deyilən tezisim getdikcə daha da həyat qabiliyyətli olur" - analitik sonda qeyd edib.

 

Onun fikrincə, Türkiyədə baş tutmamış dövlət çevrilişi cəhdindən sonra hamı tarixi bir eranın astanasındadır. “Hər halda, ən azından Qara dəniz-Qafqaz regionu üçün” - analitik əlavə edib. 

 

Rusiya-Türkiyə münasibətlərinin xarakteri əslində zaman-zaman bölgədəki vəziyyətin inkişaf vektorlarını müəyyən edib. Bu münasibətlər söz yox ki, Qarabağ məsələsində də mühüm təsirə malikdir. Hərçənd Qərb, məxsusən də ABŞ Ankara-Moskva əlaqələrinə həmişə soyuq yanaşıb, bu münasibətlərin strateji xarakter almasını əngəlləməyə səy edib. Yenə də belə olacağı istisna deyil. Ən azı ona görə ki, Qərbin. Birləşmiş Ştatların da Cənubi Qafqazda, Qarabağ məsələsindən dolayı öz maraqları var.

 

Deməli, konkret olaraq Dağlıq Qarabağ məsələsində hansısa sıçrayışlı irəliləyiş yenə də kiminsə, hansısa qüvvənin əli ilə tormozlana bilər. Odur ki, əsas sual indi budur ki, Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdindən sonra iki həmsədr dövlət olaraq, Rusiya ilə ABŞ arasında Qarabağ problemi nə dərəcədə ortaq mövzu ola biləcək?(musavat.com)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024