Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (Bu gün, 15:52)
SOCAR müharibə iştirakçısına QARŞI – DE-FAKTO

SOCAR müharibə iştirakçısına QARŞI – narazılıq

Müharibə iştirakçısı işdən kənarda qaldığını deyir – Mirvari Qəhrəmanlı narazılığı ictimailəşdirdi

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı Vətən müharibəsi iştirakçısı Emin Cabbarovun şikayətini ictimailəşdirib.

Qəhrəmanlı məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparmasının vacibliyini vurğulayıb.

Qazax rayon sakini Cabbarov Emin Mahir oğlu bildirir ki, 2022-ci ildən Şəmkir Rayon Qaz İstismar Sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində çalışır. O, 5 mart 2025-ci il tarixində keçirilən biliklərin yoxlanılması imtahanından keçməsinə baxmayaraq, işdən kənarda qaldığını deyir:

“Mən 2-ci Qarabağ müharibəsinin iştirakçısıyam, müharibə veteranıyam, Prezident İlham Əliyev tərəfindən medallarla təltif olunmuşam. İmtahanda mənimlə eyni, hətta məndən aşağı bal toplayanlar işə qəbul olundu, lakin mənimlə müqavilə yenilənmədi. Halbuki SOCAR TTSİ-nin qaz paylayıcı stansiya operatoru ixtisasını 5-ci dərəcə ilə bitirmişəm.”

E.Cabbarov ailədə yeganə işləyən şəxs olduğunu, birinci Qarabağ müharibəsi əlili olan atasına və bir aylıq körpəsinə himayədarlıq etdiyini də qeyd edib.

Onun sözlərinə görə, rəhbərlik bu qərarı iş təcrübəsinin az olması ilə əsaslandırıb:

“Əgər bu imtahan iş təcrübəsi əsasında qiymətləndirilirdisə, bəs necə olur ki, 10-15 il təcrübəsi olanlar məndən az bal toplayır, amma onların müqavilələri yenilənir?”

Cabbarov artıq “Azəriqaz” İstehsalat Birliyinin baş direktoruna və SOCAR-ın vitse-prezidentinə müraciət ünvanladığını, lakin hələ cavab almadığını deyir.(tribunainfo.az)

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
24 04 2025