Dünya (28-05-2015, 23:01)
Rusiyalı hərbi ekspert: “Qarabağda müharibə Moskvasız da alovlana bilər... ”
“Əlbəttə ki, Rusiya Bakı ilə münasibətləri möhkəmlətmək istəyir və imkan düşən kimi, Azərbaycanı Kreml layihələrinə inteqrasiya eləmək fikrindədir. Əlbəttə ki, Rusiya sovet dövründəki dominant təsirini bərpa etməkdə maraqlıdır. Ancaq hələlik bu, nə Gürcüstan, nə də Azərbaycan nümunəsində bir elə alınmır”.
Mediatv.az-ın məlumatına görə, bu sözləri tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer erməni mediasına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda Moskva üçün prioritet Dağlıq Qarabağ yox, Ukrayna məsələsidir, Qərblə, Çinlə münasibətlərdir.
“Qarabağ indi Rusiya üçün yüz faiz birinci yerdə deyil. Kremlin Qafqazla bağlı hazırda yalnız bir hədəfi var – eskalasiyaya imkan verməmək. Çünki bu, Moskva üçün ən pis variant olardı. Bizim artıq pulumuz, artıq ordumuz yoxdu ki, o halda müdaxilə edək. Mən güclü şəkildə buna şübhə edirəm, hərçənd yerli qüvvələr hesab edir ki, əgər situasiya kəskinləşsə, bunun arxasından məhz Moskva çıxacaq. Mən bəyan edirəm: vəziyyətin kəskinləşməsi Moskvanın iradəsi kənarında da baş verə bilər” – deyib ekspert.
“Əlbəttə ki, Rusiya Ermənistan qədər Azərbaycanla da müttəfiqlik əlaqələrinin olmasını istəyir. Bakı indi Qarabağ təklifini irəli sürür. Çətin ki, Rusiya buna getsin, çünki bu, çox ciddi təklifdir. Həm də ciddi zəmanətlərsiz təklifdir. Qeyd etdiyim kimi, indilikdə Qafqaz Rusiya üçün prioritet deyil. Putin var gücü ilə Qərblə münasibətlər istiqamətində işləyir” - əlavə edib hərbi analitik.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024