Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-05-2016, 21:15)
“Dövlətlərin sərhədlərinin toxunulmazlığı vacib şərtdir”- Elmar Məmmədyarov

trend_elmar_mammadyarov_201015
Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumunda məruzə ilə çıxış edib.

Mediatv.az xəbər verir ki, Xarici İşləri Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, E. Məmmədyarov çıxışında Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə də geniş məlumat verib.

E. Məmmədyarov deyib ki, müasir dünyada baş verən dramatik dəyişikliklər nəticəsində dünya ölkələrinin üzləşdiyi hərbi təcavüz və qanunsuz işğal kimi təhdidlərlə yanaşı kiberterrorizm, kütləvi miqrasiya kimi qeyri-ənənəvi problemlər beynəlxalq və regional təhlükəsizlik arasında sərhədləri aradan qaldırır. Xarici işlər naziri bu problemlərlə effektiv mübarizə aparmaq yollarından danışıb. E. Məmmədyarov dünyada baş verən ədalətsizliklərin aradan qaldırılması üçün gücün deyil, hüququn hökmranlıq etməsinin əsas olduğunu bildirib. Xarici işlər naziri dünya birliyi tərəfindən beynəlxalq hüquqa tam əməl olunmasının effektiv mexanizminin yaradılmasının əhəmiyyətini vurğulayıb.

E. Məmmədyarov bu aspektdə Ermənistan tərəfindən ərazisinin 20 faizindən çoxunun işğal olunduğu və əhalisinin hər 9 nəfərindən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsindən söz açıb. Xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulmadığını və ölkəmizə münasibətdə ədalətsizliyin hələ də davam etdiyini təəssüflə qeyd edib.

E. Məmmədyarov son dövrlər kütləvi xarakter alan miqrasiya böhranına toxunub və bu problemin müharibələr deyil, həmin ölkələrin üzləşdikləri iqtisadi çətinliklərdən qaynaqlandığını diqqətə çatdırıb. Xarici işlər naziri miqrasiya böhranının sistemli şəkildə həll olunması üçün davamlı inkişaf yolu ilə iqtisadi şərait və imkanlarının yaradılmasının vacib olduğunu bildirib. Eyni zamanda multikulturalizm ideyaları, bu ideyaların təşviq olunmasının əhəmiyyətinə toxunub, Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq nümunəsi olduğunu nəzərə çatdırıb. Ekstremizm və terrorizmlə mübarizədə əməkdaşlıq haqqında danışan E. Məmmədyarov beynəlxalq və regional təhlükəsizliklə bağlı təhdidlərin dəf edilməsi üçün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının vacib şərt olduğunu vurğulayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024