Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (11-05-2016, 23:16)
Dərəbəyliyin Mübariz Ağayev formulu

Son günlər Göyçay rayonunun ƏSMM-nin müdiri Aqşin Qafurov haqqında mediada müntəzəm yazılar dərc olunur. 

Bu yazılarda ƏSMM müdiri rəhbərlik etdiyi dövlət müəssisəsində baş verən korrupsiyaya, rüşvətə görə birbaşa ittiham olunur. Ümumiyyətlə, son dövrlər electron mediada yazılanlara diqqət yetirsək görərik ki, əslində Göyçay rayonunun əksər dövlət müəssisələrində ciddi maxinasiyalar, korrupsiya halları var. Əlbəttə ki, ticarətdən, eyş-işrətdən başı açılmayan başçısı olanda istənilən rayon korrupsiya yuvasına çevrilir. Təəssüflər olsun ki, Göyçay rayonu da başçı sarıdan yarımayan rayonlardandır.

Araşdırmalarımıza rəğmən deyə bilərik ki, Göyçay rayonunda baş verən bütün korrupsiya hallarının arxasında RİH-nin başçısı Mübariz Ağayev durur.

Öncə onu qeyd edək ki, ixtisasca texnoloq olan Mübariz Ağayev Azərbaycanda "yaşlı” İH-i başçılarından hesab olunur. Ümumilikdə 4 rayona üst-üstə 10 ildir ki, rəhbərlik edir. 2006-cı ildə doğulduğu Göyçay rayonunun RİH-nin başçısı təyin olunan Mübariz Ağayev sonradan Mingəçevir və Quba rayonlarına rəhbərlik edib. Ötən ilin ilk ayında isə yenidən Göyçay RİH-nə başçı təyin olunub. Mübariz Ağayevin indiyədək başçı işlədiyi bütün rayonlarda ciddi korrupsiya hallarına yol verilib. Bu gün də RİH-nin başçısı olduğu Göyçayda Mübariz Ağayevin rəhbərliyi altında korrupsiya və rüşvətxorluq "uğurla” davam etdirilir.

Hələ Qubada RİH-nin başçısı işləyərkən Mübariz Ağayevin oğlunun Nabranda "Atlant” istirahət mərkəzində adam güllələməyi respublikada böyük əks-sədaya səbəb oldu. Düzdür, sonradan hadisə rəsmi olaraq təsdiqlənməsə də fakt faktlığında qalırdı. Sadəcə olaraq harınlıqdan yaranmış bu hadisə o vaxt Mübariz Ağayevi dövlətin yuxarı instansiyalarının qəzəbinə gətirdi. Lakin bu zaman Mübariz Ağayevə xüsusi yaxınlığı ilə seçilən, həmyerlisi və eyni zamanda himayədarı olduğu iddia olunan Ziya Məmmədovun məsələyə vaxtında müdaxilə edərək sözün əsl mənasında Mübariz Ağayevin "qanını satın aldı”.



Mübariz Ağayevin oğlunun adam güllələdiyi "Atlant" istirahət mərkəzi

Mübariz Ağayev o tip RİH-nin başçılarındandır ki, işlədiyi rayonda öz adına heç vaxt mülk olmaz. Təkcə Qubada işləyərkən yaratdığı 1200 başlıq qoyun fermasından başqa. Məlumata görə, Mübariz Ağayev yenidən Göyçaya başçı təyin olunandan sonra bu qoyun fermasının sayını ciddi azaldıb. Mübariz Ağayevin əsas mülkü redaksiyamıza verilən məlumata görə, paytaxtdadır. Məlumatda deyilir ki, Bakının ən bahalı və prestijli yerlərindən sayılan "Varovski”də Mübariz Ağayevin qiyməti 2 milyon manatdan artıq olan 3 mərtəbəli mülkü var. Bundan əlavə olaraq BDU-nin yeni korpusunun yanında inşa edilən "novostroyka”da 300 kvadrata yaxın olan mənzilinin olduğu deyilir. Göyçay rayonunda rəsmi olaraq başqa insanların adına sənədləşdirilən, əslində isə Mübariz Ağayevə məxsus olan onlarla mağazalar, iaşə obyektləri və şadlıq evi var. Bütün bunlar əksər Göyçaylıya gün kimi aydındır.

Rayonun infrastrukturunun, küçələrinin abadlaşdırılmağı üçün dövlət büdcəsindən hər il ayrılan milyonlarla vəsaitin əsas hissəsi Mübariz Ağayev tərəfindən mənimsənilir. Əvəzində isə rayonda fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri qeyri- qanuni formada bu işlərə cəlb olunur. Ötən ilin ortalarında Mübariz Ağayevin abadlaşdırılma üçün Göyçay təhsil şöbəsinin müdiri Asif Nəbiyevə, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalova və Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürovuna ümumilikdə 200 min manat "tas” qoyduğu yazılmışdı. Əlbəttə ki, bunlar müasir Göyçayın reallığıdır. Bu gün 500 qoyunu olmaqda ittiham olunan Göyçay ƏSMM-nin müdiri Aqşin Qafurov çox güman ki, özünü 1200 baş qoyunu olan Mübariz Ağayevə bənzətməyə çalışmışdır. Ancaq görünən budur ki, Qafurov ciddi uğursuzluğa düçar olubdur.

Qlobal.az-a verilən məlumata görə, Mübariz Ağayevin əsas "gəlir mənbəyi”ndən biri də rayonda vəzifələrin satışıdır. Deyilənə görə, Göyçay rayonunda kənd icra nümayəndəliyi postu inzibati ərazinin iqtisadi göstəricilərindən asılı olaraq 5000 -15000 manat arasında satılır. Bundan əlavə olaraq Mübariz Ağayev əslində müstəqil fəaliyyət göstərməli olan rayon ərazisindəki bütün bələdiyyələrə də "haqq” təyin etdiyi deyilir.

Bu cür neqativ faəliyyət göstərən RİH-nin başçısından əlbəttə ki, yaxşı mənada heç bir nümunə götürülə bilməz. Mübariz Ağayev RİH-nin başçısı kimi tabeçiliyində olan işçilərə nümunə ola bilmədiyi kimi görünür qohumlarına da yaxşı nümunə ola bilməyib. Buna missal olaraq Ucar rayonu Ş.İ.Xətai küçəsi ev 70 sakini 2-ci qrup əlil, albinizm xəstəsi Ələkbərov Ələkbər Muxtar oğlunun ötən ay mətbuata etdiyi müraciəti göstərmək olar. O, müraciətində bildirib ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qardaşı, 36 saylı Tibbi Ekspert Komissiyasının sədri Mühakim Ağayev ondan rüşvət istəyib: "Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qardaşı 36 saylı Tibbi Ekspert Komissiyasının sədri Mühakim Ağayev 2-ci qrup əlilliyimi 1-ci qrup edilməsi üçün məndən rüşvət istəyir. Hansı ki mən anadan olandan albinizm xəstəsiyəm, uzun illərdi 2-ci qrup əliləm, hazırda 65 yaşım var, gözlərim demək olar ki, tamam görmür. Albinizim xəstələri anadan olandan əlil hesab edilirlər. Sevindim ki, əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyadan yoxlamadan keçəcəm və obyektiv qərar veriləcək. Ancaq 36 saylı TSEK-in sədri Mühakim Ağayev burada öz arşını ilə bez ölçür. Belə ki, buna da mənim maddi imkanım yoxdur ki, ona istədiyi rüşvəti verim". 

Göründüyü kimi Mübariz Ağayevin qanunsuz əməlləri kifayət qədərdir. Biz də Qlobal.az İnformasiya Portalı olaraq Göyçay İcra hakimiyyətinin başçısı Mübariz Ağayevin qara əməllərini zaman-zaman işıqlandıracağıq.



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024