Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-02-2016, 11:24)
İcra başçısına arxadan vurulan zərbə

 

Və ya yerli məmurlar Mübariz Ağayev artıq saymamağa başlayıblar 

Mediatv.az xəbər verir ki, Göyçayın icra başçısı Mübariz Ağayev bir müddət əvvəl rayona rəhbər təyin olunanda onu atəşfəşanlıqla qarşılayan qohum-əqrabası, artıq işlərinin çətinə düşdüyünün fərqinə varıblar. Ötən günlərdə xəbər vermişdik ki, nəqliyyat naziri Ziya Məmmədovla bağlantısı olan icra başçılarının işdən çıxarılması üçün artıq qərar verilib. 

JAM.AZ-a daxil olan məlumata görə, bu sırada Mübariz Ağayevin də adı var. Ona görə ki, nəqliyyat nazirinin ən etibarlı adamlarından sayılan icra başçısının adı, həm də başqa qalmaqallı məsələlərə qarışıb. Məsələn, onun Ziya Məmmədovun «sağ əli» kimi tanınan Qulam Ələkbərovun kadrı olması, habelə onunla birgə xaricdə biznesinin varlığı və bunların hamısının gizlin tutulması işləri daha da çətinləşdirib. 

Amma Mübariz Ağayevin üzləşdiyi çətinliklərdən biri isə «arxadan vurulan zərbə» kimi də qiymətləndirilə bilər. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, Göyçayın icra başçısı ilk əvvəl ovucunun içində saxladığı məmurlardan artıq etinasızlıq görməyə başlayıb. Hətta bəzi iddialara görə, müəyyən idarə və müəssisə rəhbərləri rayon rəhbərini saya belə salmır. 

Mənbə iddia edir ki, Mübariz Ağayevin bu duruma düşməsində ətrafında cərəyan edən proseslərin, habelə Ziya Məmmədovun nüfuzdan düşməsinin də rolu az deyil. Onların bildirdiyinə görə, Ağayevin yaxın vaxtlarda vəzifəsindən gedəcəyi bəzi məmurların əl-qolunu açıb və bu səbəbdən də ona tabe olmaqdan dolayı yolla boyun qaçırırlar. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024