Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (21-09-2015, 14:47)
İki icra başçısı nəyi bölə bilmir? - Mübariz Ağayevin Ziya Məmmədovun əmisi oğlu ilə rəqabəti

 

 

27 yanvar 2015-ci ildə  Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Mübariz Ağayev sələfi Mənsur Məmmmədova qarşı açıq kampaniya aparır.

Mia.az xəbər verir ki, bu barədə «Reytinq»ə rayonda mühim vəzifə tutan məmurlardan biri məlumat veib. Adının çəkilməsni istəməyən məmur deyir ki, eyni rayondan olmalarına baxmayaraq, bu iki icra başçısının arasından sanki «qara pişik» keçib: «Mübariz Ağayev Ucarın Məlikumudlu kəndində anadan olub. Mənsur Məmmədov isə rayonun Qazıqumlax kəndində doğulub. Mübarz Ağayev Göyçaya - Mənsur Məmmədovun postuna təyinat alarkən, həmyerlisi də Ziya Məmmədovun dəstəyi ilə Ucara «transfer» olundu. Ziya Məmmədovun yaxın qohumu olan Mənsur Məmmədovun Göyçaydan çıxarılmasını, Mübariz Ağayevin isə bu rayona gəlişini toy-bayram edən hazırkı icra başçısının yaxın qohumları bununla iki icra başçısı arasındakı düşmənçiliyi daha da dərinləşdirdilər. Vəziyyət o hədd çatdı ki, Mübariz Ağayev Mənsur Məmmədovun rayonda vəzifələrə təyin etdiyi və şəxsən yaxınlıq elədiyi bütün vəzifəli şəxsləri hədəfə aldı. Hətta rayon məhkəməsinin sədrini də bir neçə dəfə «tələ»yə salmaq istiədi. Lakin məhkəmə sədrini özüylə hesablaşdırsa da, sistemdən qovdura bilmədi».

Məlumatlı şəxs deyir ki, Mübariz Ağayevin və yaxın ətrafının belə gözlənilməz başgicəllənmə ilə hərəkət etməsi çoxlarını təəccübləndirib:

«Görünür, Göyçaya təyinatı zamanı Prezident Administrasiyasında ona verilən tapşırıq və ruhlandırmadan həyəcanlanan Mübariz Ağayev qarşısıalınmaz rəhbər şəxs statusuna sahibləndiyi xəyalını qurub. Hətta təyinatından dərhal sonra Mənsur Məmmədovun layihələrini dayandırmaqla, rayonu yenidən qurmaq, abadlaşdırmaq adıyla geniş işlərə başlayacağını açıqladı. Bu zaman isə avqustda prezidentin rayona səfər edəcəyini də deyərək, Mənsur Məmmədovun rayonu məhv elədiyni, rayonda heç bir iş görmədiyini də açıq bəyan eləməyə başladı. Sözsüz ki, bu da Mənsur Məmmədova xəbər verilirdi. 

Mənsur Məmmədov

O da xələfinin bu aşağılayıcı hərəkətini bağışlamayaraq, Mübariz Ağayevə qarşı məmur hücumu təşkil etməyə cəhd elədi. Bununla bağlı rayonda çox ciddi söhbətlər də var. Sadəcə bu xəbərlər hələlik şayiə xarakterli olduğundan danışmaq istiəmirəm. Ancaq Göyçayda hüquq müdafiəçisi Taleh Xasməmmədovun həbsinin əsl səbəbləri ilə bağlı araşdırma apara bilsəniz, məncə, bunun kökü iki icra başçısının arasındakı davaya gedib çıxacaq. Hansı ki, bu olay faktiki hakimiyyətin özünü də lazımsız yerə çətin vəziyyətdə qoyub. Yəni icra başçısı öz məkrli planına görə yuxarılara yalan məlumat verməklə, mənasız bir olay yaradaraq, Azərbaycanın adını beynəlxalq aləmdə zərbə altında qoyublar...».

 Bu və ya digər məlumatlara hələlik toxunmadan, qarşı tərəfləri də dinləməyə hazır olduğunuzu bildiririk.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024