Sosial / Slayd (22-04-2016, 22:27)
Üç qardaş əl-ələ verib Göyçayı zəbt edirlər
Mübariz, Maarif və Mühakim Ağayev qardaşları dövlətdən oğurladıqları pullar hesabına Göyçayda yeni imarətlər tikdirir və özlərini orta əsrlərin feodalları kimi aparırlar
Mübariz Ağayev üçün dövlət vəsaitlərini mənimsəmək asan olduğu kimi, Azərbaycan dövlətinin qanunlarını nəzərə almamaq da asan bir işdir.
Göyçaydan AzMedia.info-ya daxil olan məlumata görə Mübariz Ağayev bu rayona icra başçısı təyinatı aldıqdan sonra, onun bütün qohum əqrabaları rayonda boş qalan əraziləri zəbt etməyə başlayıblar. Saytımıza daxil olan ilginc məlumatda bildirilir ki, Mübariz Ağayevin qardaşları 13 saylı Göyçay Yol istismar İdarəsinin müdiri Maarif Ağayev və 36 saylı Tibbi Ekspert Komisiyasının sədri Mühakim Ağayev rayonun Hüngütlü kəndində özlərinə böyük ərazi götürərək burada villa tikdirirlər.
İnformasiya mənbəmiz bildirir ki, Hüngütlü kəndində Mübariz Ağayevə məxsus böyük bir villa mövcuddur və ira başçısı bu villada yaşayır. Maarif və Mühakim Ağayevlərdə qardaşlarından geri qalmamaq üçün həmin kənddə özlərinə imarət tikmək qərarına gəliblar. Tikintiyə başlayan qardaşların villaları üçün böyük xərc qoyduqları deyilir. Bundan başqa Maarif və Mühakim Ağayevin Göyçay şəhərinin girəcəyində və bazarda bir neçə böyük mağaza inşa etdikləri bildirilir.
Rayon icra hakimiyyətindəki etibarlı mənbəmiz onuda qeyd edir ki, Mübariz Ağayev bu yaxınlarda Almaniyaya müalicəyə getdiyi zaman onunla bərabər hər iki qardaşı da yolçu olublar. İddiaya görə hər üç qardaş bir neçə ildir ki, Avropanın bahalı sanatoriyalarında müalicə olunurlar və hər dəfə bu bahalı istirahət mərkəzlərində külli miqdarda pul xərcləyirlər. Həmin pulların isə dövlət büdcəsindən məniimsənilmiş pullar olması yəqin ki, heç kimdə şübhə doğurmur.
Onu da qeyd edək ki, Mübariz Ağayevin icra başçısı olduğu rayonda iki qardaşının da vəzifədə olması qanunvericiliyə ziddir. Lakin görünür Mübariz Ağayev üçün dövlət vəsaitlərini mənimsəmək asan olduğu kimi, Azərbaycan dövlətinin qanunlarını nəzərə almamaq da asan bir işdir. Hər halda görünən kəndə bələdçi olmaz deyirlər. Görünən isə odur ki, üç qardaş əl-ələ verib Göyçay rayonunu özlərinin mülklərinə çeviriblər. Və əldə etdiyimiz məlumatlardan da görünür ki, Ağayev qardaşları Göyçayda özlərini orta əsr feodal baronları kimi aparırlar. Bu barədə isə növbəti yazımızda …
Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.