Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-04-2016, 23:17)
"Sarkisyan ciddi təlaş içindədir" - Deputat

“Sarkisyan uğursuzluqlarını ört-basdır etmək, siyasi hakimiyyətinin ömrünü uzatmaq və Ermənistan cəmiyyətində az da olsa ümid qığılcımı yandırmaq üçün guya orduda yarıtmaz kadrları dəyişdirir. Bu, gözdən pərdə asmaqdır”.

 

Mediatv.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında millət vəkili Elman Məmmədov aprel döyüşlərindən sonra 3 erməni generalının vəzifəsindən qovulmasına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, əslində bütün uğursuzluqların səbəbkarı Serj Sarkisyan və onun komandasıdır: “Bu cinayətkar komanda uzun illərdir Ermənistanda siyasi hakimiyyəti zəbt edib. Ermənistan cəmiyyəti, dövləti bütün istiqamətlərdə uğursuzluğa düçar olubsa, təbii ki, bu, orduda da öz əksini tapacaq. Ermənistan ordusundakı qanunsuzluq, cinayət hadisələri, fərarilik, orduya uyğun olmayan hallar bizə bunu deməyə imkan verir. İlboyu Ermənistanda əsgər anaları həmin ölkənin Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyaları keçirirlər. Bu orduda vəziyyətin necə acınacaqlı olduğunu göstərir”. 

E.Məmmədov qeyd edib ki, Sarkisyan və onun komandasının uzun illərdir apardıqları siyasət tam iflasa uğrayıb: “Ermənilər hazırda çıxılmaz vəziyyətə düşüblər. Son günlər baş verənlər bunu bir az da sürətləndirib. Siyasi rəhbərlik başını itirib. Ermənistan dövlətini, cəmiyyətini fəlakət vəziyyətinə gətirib çıxarıblar. Bu gün orduda olan bütün çatışmazlıqlar, baş alıb gedən qanunsuzluq Ermənistanın siyasi hakimiyyətinin fəaliyyətinin nəticəsidir. Çünki ordunu idarə edənlər Dağlıq Qarabağda törədilən qətliamlarda iştirak ediblər. Bu gün Azərbaycan ordusunun qarşısında öz aciz və gücsüzlüklərini ört-basdır etmək üçün bu hərəkətlərə əl atırlar. Amma bununla heç bir işə nail olmayacaqlar. Vazgeni çıxarıb, yerinə Vartanı qoymaqla heç nəyə nail ola bilməyəcəklər. Çünki Ermənistanda cəmiyyət uçuruma doğru gedir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024