Dünya (20-02-2015, 10:50)
Prezident sabahı gözləyir
Ermənistanda siyasi gərginlik pik həddədir. Bu gün küçələrə çıxan ölmüş erməni hərbçilərin valideynləri prezident iqamətgahı qarşısında etiraz akisyası keçiriblər.
İrəvanda ölmüş erməni hərbçilərinin valideynləri növbəti dəfə prezident Serj Sarkisyanın iqamətgahı qarşısında piket keçiriblər. Əllərində ölmüş əsgərlərin şəkilləri həkk olunmuş plakatlar tutan aksiya iştirakçıları Sarkisyanın iqamətgahına doğru irəliləməyə cəhd göstəriblər.
Polislər isə onların qarşısını kəsərək buna mane olublar. Aksiya iştirakçısı deputat Aram Manukanyan polisləri ölən əsgər valideynlərinə qarşı zor tətbiq etməkdən çəkinməyə çağırıb.
“Sabah Serj Sarkisyan ölkədə olmayacaq, siz isə burada yaşayacaqsız. Sən bu gün elədiklərinə görə nə cavab verəcəksən? Sabah sizi bu kadrlara görə hakim qarşısına çıxaracaqlar”, - deyə erməni deputat bildirib.
Bundan sonra etirazçılar İrəvanın Azadlıq meydanında aksiyanı davam etdiriblər.
Bir neçə gün əvvəl Sarkisyanın iqamətgahı qarşsında keçirilən aksiya zamanı polis hərbçilərin vlideynlərinə qarşı zor tətbiq etmişdi. Son zamanlar Ermənistanda siyasi gərginilik yaşanır. Ermənistan prezidentinin müxaliflərin lideri, oliqarx Qaqik Sarukyana siyasətdən çəkil, yalnız bizneslə məşğul ol deməsi, bununla da müxalifətə susmaq və hakimiyyəti tənqid etməmək barədə işarə verməsi Ermənistan cəmiyyətində səs-küy yaratmışdı.
Bundan sonra müxalifət üçlüyü yürüş qərarı verib.
Erməni eksperti, Qafqaz İnstitunun direktoru Aleksandr İskəndəryanın sözlərinə görə, Ermənistanda inqlaba ehtiyac var: "Çünki, siyasət bir bazardı, əgər bazarda tələb varsa, təklif də var. İndiki halda erməni müxalifəti zəifdi, elə Sarkisyan hakimiyyəti də həmçinin, deməli, radikal elektoratın formalaşması və inqilab etməsi ehtimalı böyükdür".
Sabah isə İrəvanın mərkəzi meydanın böyük mitinq-yürş keçiriləcəyi gözlənilir. Çiçəklənən Ermənistan, Erməni Milli Konqresi və “İrs” müxalifət partiyaları tərəfdarlarının iştirakı ilə baş tutacaq aksiyada müxalifət öz sözünü deyəcək.(Ans Tv)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024