Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-03-2016, 17:37)
Sərdar Cəlaloğlu İlqar Məmmədovu "vurdu"

 

“REAL Respublikaçı Alternativ Hərəkatının siyasi partiyaya çevrilməsini şişirtmək və burada hansısa yenilik axtarmaq lazım deyil. 

Kimdir orada yeni qüvvə? Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin sədri İlqar Məmmədov bəyəm yeni qüvvədir? Vaxtilə Milli İstiqlal Partiyasının (AMİP) katibi, 90-cı illərdən bəri siyasi proseslərdə iştirak edən bir adam olub. Burada yenilik nədir? Əslində heç bir yenilik yoxdur. Adını REAL qoymaq yenilik deməkdir ki?”.


Mediatv.az xəbər verir ki, bu sözləri Modern.az saytına Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Respublikaçı Alternativ Hərəkatının (REAL) özünü partiya elan etməsinə münasibət bildirərkən deyib.

Sərdar Cəlaloğlu yeni yaranmış Respublikaçı Alternativ Partiyasının hansısa uğur əldə edəcəyinə inanmır:

“REAL-a daxil olan adamları çox gözəl tanıyıram. Onların ictimaiyyətlə işləyib, ətraflarına geniş xalq kütlələri toplamaq şansları heç yoxdur. 

Birincisi ona görə ki, bu gün xalq hərəkatında iştirak etmiş, xalqın içərisindən çıxmış insanlar orada çox azdır. Onların əksəriyyəti xaricdə təhsil almış gənclərdir. 

Xaricdə təhsil almış məzunlar isə xarici dünyagörüşdən, o fəlsəfədən çıxış edib siyasət yürüdəcəklər. Bu da Azərbaycana heç bir xeyir gətirməyəcək. Çünki Azərbaycan xalqı ilə fransızların, ingilislərin, almanların nə siyasi baxışları, nə də düşüncələri eynidir. 

REAL faktiki olaraq yalnız qapalı qrup şəklində fəaliyyət göstərə bilər. Amma onların bu formada xalqa doğru atılmaqları böyük bir problem olacaq. Onların xaricdə aldıqları təhsil, baxış bucağı bizim xalqın mental dəyərlərinə tamamilə yaddır. 

İkincisi isə niyə belə bir fikir var ki, REAL əvvəlki ənənəvi partiyaları üstələyə bilər? Bizim 30 illik siyasi təcrübəmiz var. Xalq hərəkatının içindən çıxıb, bura qədər gəlmişik. Necə ola bilər ki, bu gun yaranan, təzə partiya 30 illik təcrübəni üstələsin? 
Belə çıxır ki, dünyada qəbul edilmiş ənənələrin heç biri Azərbaycana keçərli deyil? Bu gün İngiltərədə qalib gələn partiyaların əksəriyyəti bir neçə yüz il tarixi olan siyasi təşkilatlardır. Bütün dünyada belədir ki, tarixi varsa, köhnədirsə, ənənəsi varsa, bir o qədər də xalqla işləmək qabiliyyətləri var”.

Sərdar Cəlaloğlu hesab edir ki, REAL hələ gərək uzun müddət fəaliyyət göstərsin ki, indiki zəif partiyaların yarısı qədər var ola bilsin:

“Düzdür, köhnə partiyalar maliyyə və texniki resurslar, beynəlxalq dəstək baxımından çətinliklər yaşaya və zəif görünə bilərlər. Amma bu o demək deyil ki, indi yaranmış partiya neçə illərin siyasi təşkilatlarından güclüdür.

Mən inanmıram ki, REAL mövcud partiyalara qalib gəlib, uğur əldə edəcək. Hətta uzun müddət fəaliyyət göstərdikdən sonra belə, REAL indiki zəif partiyaların orta səviyyəsinə qalxa bilər. O da hələ işləyə bilsələr, qəbul olunsalar...”.

ADP sədri REAL-çıların xaricdə aldıqları təhsilin onlarla Azərbaycan xalqı arasında böyük bir baryer yaradacağı qənaətindədir:

“Xaricdə təhsil almaq REAL-çılara xalqa yaxınlaşmaq üçün onların xeyrinə yox, əksinə, ziyan gətirən bir arqumentdir. Onlar amerikalı kimi düşünüb və yaxud avropalı kimi hərəkət edəcəksə, bu, xalqa və millətə yad olacaq. Amerikalı və ingilis gəlib bu məmləkətdə partiya yaratsa necə olar? Təsəvvür edin ki, bu o dərəcədə qəbul edilməz olacaqlar. 

Biz xalqın içindən çıxdığımıza görə pis-yaxşı xalqın düşüncəsini, psixologiyasını, mentalitetini, hər şeyini bilirik. REAL-çıların isə bundan xəbəri yoxdur. Onların aldıqları xarici təhsil buna imkan vermir.

 

Ümumiyyətlə, indi siyasətdə hər hansı bir yenilik etmək mümkün deyil. Çünki siyasətin insanlıq tarixi qədər yaşı var. Sadəcə olaraq, orada kimlərsə əlavə maliyyə resursları əldə edə bilərlər. Bu da onlara ətrafına əlavə kütlə yığmağa kömək edə bilər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024