Siyasət (29-05-2015, 14:48)
Sərdar Cəlaloğlu: “Milli Şuranın mitinqi fürsətçilikdir”
“Biz görürük ki, 20 ildir Azərbaycandakı vəziyyəti pisləyən beynəlxalq təşkilatlar demokratiyaya heç bir ciddi dəstək verməyib, yalnız mövqe bildiriblər. Bu da onu göstərir ki, məqsəd heç də demokratiyanı müdafiə etmək deyil, demokratiya adı altında öz maraqlarını təmin etməkdir. İndiki halda Milli Şuranın keçirdiyi aksiyalar məhz həmin anti-Azərbaycan qüvvələrinə sərf edəcək”
Mediatv.az xəbər verirki, bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın mayın 30-na təyin etdiyi mitinqə münasibət bildirərkən deyib.
O, aksiyaya qatılmayacağını bildirərək, indiki halda bu aksiyanı fürsətçilik kimi qiymətləndirib. S. Cəlaloğlu bu aksiyanın iqtidarın deyil, xalqın əleyhinə olacağını vurğulayıb: “Avropa Oyunları ilə bağlı Bakıya çoxlu jurnalist dəvət olunub, Milli Şura da bundan istifadə edib siyasi maraqlarını ortaya qoyur. Bu baxımdan düşünürəm ki, bu cür beynəlxalq tədbirlərdən iqtidarın əleyhinə istifadə etmək düzgün deyil. Çünki bu, iqtidardan çox, xalqın əleyhinə yönəlir. Buna görə də biz aksiyaların vaxtı məsələsində çox həssas olmalıyıq. Digər tərəfdən də, kifayət qədər anti-Azərbaycan mövqeyində olan dairələr var ki, ölkədəki nöqsanları qabartmaqda məqsədi heç de demokratik dəyərlər deyil. Onlar sadəcə, ölkənin imicinə zərbə vurmaq niyyətindədirlər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024