Siyasət (12-11-2014, 12:43)
Müxalifət birləşərsə, lider İsa Qəmbər olar...
Pənah Hüseyn: “Müxalifətin vahid lideri anlayışını mən praktik məsələ hesab eləmirəm”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn saytlardan birinə açıqlamasında müxalifətin vahid liderinin kim ola bilməsi məsələsinə aydınlıq gətirib. Onun fikrincə, keçmiş prezident Əbülfəz Elçibəy vəfat edəndən sonra müxalifətin lideri ilə bağlı boşluq yaranıb. Onun sözlərinə görə, İsa Qəmbər Müsavat Partiyasının başqanlığından gedəndən sonra ona Avrointeqrasiya Hərəkatına liderlik təklif olunub. Məhz bu təklifi əsas gətirərək Pənah Hüseyn İsa Qəmbərin müxalifətin lideri ola biləcəyini də istisna etməyib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə modern.az saytına deyib ki, dünyanın heç bir ölkəsində çoxpartiyalı sistemdə vahid lider anlayışı yoxdur. Çünki çoxpartiyalılıq çox liderin olması deməkdir.
S.Cəlaloğlunun sözlərinə görə, müxalifət bir qayda olaraq müəyyən prosedurlarda uzlaşıb bir adamı dəstəkləyib, vahid namizəd kimi irəli sürə bilər: “Təbii ki, bu, ittifaqlar şəklində həyata keçə bilər. Çoxpartiyalı sistemdə vahid liderdən danışmaq olmaz. Hər partiyanın öz ideoloji daşıyıcısı var. Hər sosial qrupun da öz mənfəətləri var. Bu fərqlər onların vahid liderinin olmasına icazə vermir. Birləşmiş müxalifətin isə vahid rəhbəri kimi İsa Qəmbər vahid lider hesab edilə bilər. Yəni müxalifətin birləşəcəyi təqdirdə İsa Qəmbər vahid lider ola bilər. Onun keçdiyi yol, xalq qarşısındakı xidmətləri, siyasi təcrübəsi buna imkan verir. Yalnız bir uzlaşma, müxalifətin müəyyən qarşılıqlı birləşməsi baş verərsə, bu zaman lider kimi ən şanslı namizəd İsa Qəmbərdir”.
Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində onun saytlardan birində səsləndirdiyi fikirlər tamamilə fərqli şəkildə yayılıb: “Mən bildirmişəm ki, əgər Azərbaycanda müxalifətin birliyi formasında hansısa bir təsisat olarsa, İsa Qəmbər belə bir təsisatın lideri ola bilər. Söhbət müxalifətin vahid lideri kimi anlayışdan getmir. Ümumiyyətlə, müxalifətin vahid lideri anlayışını mən praktik məsələ hesab eləmirəm. Əslində mən Sərdar Cəlaloğlunun yanaşması ilə eyni mahiyyət daşıyan fikirlər ifadə etmişəm. Odur ki, Sərdar bəyin səsləndirdiyi fikirlərlə konseptual baxımdan razıyam. Yəni buna opponentlik eləməli bir şey yoxdur. Tərəfimdən məsələnin qoyuluşu da elə Sərdar Cəlaloğlunun şərh elədiyi kimi olub”.
“Sərdar Cəlaloğlunun və sizin təsəvvürünüzdəki şəkildə birlik perspektivdə görünürmü” sualına P.Hüseyn belə cavab verdi: “Bu məsələ aktual məsələ kimi yox, sadəcə nəzəri bir məsələ kimi qoyulub. Mən Sərdar bəyin bu məsələdəki mövqeyini düzgün şərh hesab edirəm”.
“Bu yaxınlarda İsa Qəmbərin rəhbərlik etdiyi Düşüncə Mərkəzinin nəzdində Diskussiya Klubu yaradıldı və bildirmişdiniz ki, tədbirlər olacaq. İlk tədbir nə vaxtdır” sualını isə P.Hüseyn belə cavablandırdı: “Noyabrın 17-də saat 5-də İsa Qəmbərin moderatorluğu ilə 17 noyabr Dirçəliş Günü hadisələrinin müzakirəsi gözlənilir. İlk tədbir bu hesab oluna bilər”.
Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyaların sədrlərinin iştirakı ilə piket keçirilməsi təşəbbüsünün nə vaxt reallaşdırılacağına gəlincə, AXP sədri dedi ki, toplantıda belə bir fikir səslənib və əksəriyyət prinsipial razılıq verib. Lakin aksiyanın günü və yeri ilə bağlı qərar yoxdur: “Noyabrın 12-də mərkəzin KXCP qərargahında toplantısı olacaq. Yəqin ki, bu məsələyə bir də qayıdılacaq. Yəni bu məsələ hələ gündəmdə qalır”.
“Sizə elə gəlmir ki, müxalifət düşərgəsi sanki birlik istiqamətində axtarışdadır, ideyalar irəli sürülür, amma reallaşmır” sualına isə P.Hüseyn cavabında dedi ki, ümumiyyətlə siyasi vəziyyətin ciddi bir təhlilə ehtiyacı var: “Ümumiyyətlə, real çoxpartiyalı sistem üzərinə ölkədə bir kampaniya gözlənilir. Xeyli dərəcədə gözlənilməz kimi qarşılanan da odur ki, yeni hallar müşahidə edilir. Müxalifətin öz arasında birlik ideyası müzakirələri olsa da ölkədə çoxpartiyalı sistemə qarşı kampaniya başlanacağı sezilməkdədir. QHT-lər və mətbuatdan sonra siyasi partiyalar əleyhinə növbəti bir kampaniyanın başlanması ehtimalı var. ”Azərbaycanda YAP-dan başqa real partiya yoxdur" görüntüsü yaratmağa hazırlaşırlar".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024