Siyasət (14-04-2014, 13:20)
Ukraynalı politoloq: “Rusiya ilə müharibə başlayacaq”
“Üsyançıların üzərinə ordu göndərmək Ukraynanın Rusiyaya müharibəyə elan etməsi deməkdir”.
Bu sözləri “Axar.az”a açıqlamasında ukraynalı politoloq Aleksey Blüminov deyib.
O, Ukrayna hakimiyyətinin hələ də Maydanın yalnız Kiyevi qazandığına inanmaq istəmədiyini deyib:
“Soyuq vətəndaş müharibəsi artıq tam fəaliyyətə başlayıb. Qarşılıqlı aqressiyanın həddi böyüyür. Əgər Kiyev öz təhdidini reallaşdırıb, ordunu şərqə etirazları yatırmağa göndərsə, bu, vətəndaş müharibəsini qaynar fazaya keçirəcək. Ukraynanın ərazisində olan problemli regionlar öz-özünə yaranmayıb. Onun yanındakı böyük qonşu və bu regionlarla ittifaq həmin problemin törəməsinə şərait yaradır. Hazırkı Ukrayna hakimiyyəti qəti olaraq anlamaq istəmir ki, Maydan yalnız Kiyevdə qalib gəlib. Donetsk, yaxud Luqanskda isə görüntü tam fərqlidir. Yəni Maydan paytaxtda qələbə qazansa da, nümayəndələri mərkəzi hakimiyyətdə təmsil olunsalar da, bu hələ bütün ölkənin seçimi demək deyil”.
Politoloq Ukraynanın şərqinə ordu yeritməklə ölkənin avtomatik olaraq Rusiyaya müharibə elan edəcəyini qeyd edib:
“Ölkə iqtisadiyyatının və maliyyəsinin bərbad vəziyyətini nəzərə alsaq, görərik ki, Kiyevin bu regionların loyallığını geri almaq üçün heç bir resursu yoxdur. Müvafiq olaraq yeganə variant kimi güzəştlərə getmək qalır. Məhz bu zaman hakimiyyət müəyyən vaxt udur ki, onu regionlar arasındakı ziddiyətləri azaltmağa xərcləyə bilər. Amma mərkəzi hakimiyyət hələ də hərbi variantı daha çox üstün tutur ki, bu da heç bir resursla dəstəklənmir. Başa düşmək lazımdır ki, üsyançıları müharibəyə çəkməklə Kiyevin özü də Rusiya ilə müharibəyə daxil olur. Bu müharibədə isə Ukraynanın qazanmaq üçün heç bir şansı yoxdur”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024