Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 15:06)
“DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” - ÇÜNKİ...

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyətində həyata keçirdiyi əməliyayt nəticəsində icra başçısı saxlanılıb. İcra başçısının fəaliyyətində rüşvət və korrupsiyaya yol verdiyi üçün həbs edildiyi ehtimal olunur.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən hüqquşünas Qulamhüseyn Əlibəyli, DTX-nın keçirdiyi həbslərin dövlətin iqtisadi təhlükəsizliyinin qorunması, onun təməllərinin möhkəmləndirilməsi, xalqın qanuna və ədalətə olan inamının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib:

“Baş verənlər dövlətin müdafiə təhlükəsizliyinin tərkib hissəsidir və son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ümumi siyasi kursdan, qanundan kənara çıxan şəxslərin DTX tərəfindən həbs edilməsi təhlükəsizlik zərurətindən irəli gələn bir məsələdir.

Rüşvət və korrupsiyaya qarşı mübarizə olduqca önəmlidir. Çünki bu, dövləti, onun təhlükəsizliyini sarsıda biləcək cinayətlərdir.

Dövlətimiz bu kimi neqativ hallara qarşı əzmlə mübarizə aparır. Bugünə qədər xeyli sayda icra başçısının DTX tərəfindən həbs edilməsi buna nümunədir. Lakin bu tendensiyanın davam etməsi, yəni bəzi məmurların hələ də rüşvət və korrupsiya ilə məşğul olması göstərir ki, məlum müstəvidə mübarizə bundan sonra da davam etdirilməlidir. Rüşvət və korrupsiya ilə məşğul olan, qanunu pozan, dövlətin təhlükəsizliyini sarsıtmağa çalışan şəxslərin məsuliyətə cəlb edilməsi mütləqdir və bunlar təhlükəsizliyimizi möhkəmləndirən addımlardır.

Bu mənada DTX-nın yaxın gələcəkdə qanunun tələblərini pozan məmurlara qarşı oxşar əməliyyatlar həyata keçirəcəyi ehtimalı böyükdür”.


шаблоны для dle 11.2

Xəbər lenti
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025