Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-04-2014, 21:33)
Energetika nazirinin müavinlərinin sayı müəyyənləşib

 

Energetika nazirinin Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən üç müavini olacaq.

APA-nın verdiyi məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Energetika Nazirliyi haqqında Əsasnamədə öz əksini tapıb.

 

Qeyd edək ki, Energetika Nazirliyi prezident İlham Əliyevin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Sənaye və Energetika Nazirliyinin əsasında yaradılıb. Sənaye və energetika nazirinin 4 müavini olub.

 

Əgər Sənaye və Energetika Nazirliyində nazirdən (kollegiyanın sədri), onun müavinlərindən və nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiyanın üzvlərinin sayı və tərkibi Nazirlər Kabineti tərəfindən təsdiqlənibsə, Energetika Nazirliyinin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan prezidenti tərəfindən təsdiq ediləcək. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan prezidentinə məlumat verərək, öz qərarını həyata keçirəcək. Nazirliyin kollegiyasının üzvləri də öz fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.

 

Energetika Nazirliyinə müvafiq sahədə fəaliyyət göstərən dövlət mülkiyyətində olan, səhmlərinin (paylarının) və ya əmlakının 2/3 hissəsindən çoxu birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin (müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri) fəaliyyətinin tənzimlənməsində iştirak etmək hüququ da verilib. Sənaye və Energetika Nazirliyinin belə hüququ olmayıb. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024