Dünya (29-01-2014, 22:45)
Saakaşvili Gürcüstana cərimə ödəyəcək
Gürcüstanın keçmiş prezidentinin administrasiyasının qazdan qanunsuz istifadəyə görə kəsilmiş cərimə bu ölkənin yeni rəhbərliyinin üzərinə qoyulacaq.Virtualaz.org saytı “Qruziya Online” elektron nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın energetika naziri Kaxa Kaladze çıxış edib.
“Mən bilmirəm, Saakaşvili onun administrasiyasında işləyənlərin qaz oğurlamasından xəbərdar idi, ya yox. Amma reallıq ondan ibarətdir ki, Saakaşvilinin administrasiyasında işləyən adamların hər gün nahar elədiyi restoran oğurluq qazdan istifadə edib. Bununla bağlı istintaq gedir. “Kaztransqaz” şirkətinin rəhbərliyinin də bu işdən xəbəri var. Həmin restoranın təxminən nə qədər qaz sərf etdiyi aydınlaşdırılacaq və bunun cəriməsi indiki hakimiyyətə kəsiləcək” - deyə keçmişdə məşhur və enerjili bir futbolçu olan indiki energetika naziri Kaxa Kaladze bildirib.
Əvvəllər də xəbər verildiyi kimi, Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan prezidentinin Avlabar iqamətgahında qazdan gizli, qanunsuz istifadə halları aşkarlanmışdı. “Kaztransqaz” şirkətinin nümayəndələri prezident iqamətgahına gedən qanunsuz qaz xətti aşkarlamışdılar. Bununla bağlı Prezidnet Administrasiyasını cərimələmək nəzərdə tutulub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024