Siyasət (4-04-2014, 14:12)
Vitse-spiker deputata hirsləndi
Deputat Zahid Oruc parlamentin bugünkü sessiyasında növbəti dəfə yol kənarındakı hasarlardan danışıb.
“Mediatv.az” xəbər verir ki, deputat qeyd edib ki, hələ yol kənarları bir qırağa, bunu milli ənənəmizə necə yeridiblərsə, hamımız qonşularımızdan iri divarlarla ayrılırıq:
"10 sot əraziyə 3500-4000 manata yaxın daşları Qaradağdan gətirib qonşularımızla aramızda Çin səddi kimi çəkirik. Çox istərdim ki, ölkə prezidentinin bir sərəncamı olsun. Bu divarları, dəmir karkasları söksək, hərdən bir-birimizi görsək, nə olar? Bu, bizim milli bəlamıza çevrilib, gərəksiz bir yükdür, millət bundan azad olmalıdır”.
Vitse spiker Bahar Muradova deputata cavab olaraq bildirib ki, hər bir xalqın öz ənənələri var:
“Bizim də qismətimizə bu yazılıb, yəqin. Əsas insanların qəlbləri ilə ürəkləri arasında hasar olmasın. Azərbaycan xalqı öz siyasətini seçərkən, bir qəlbin, bir ürəyin sahibi kimi çıxış edir. Yəqin, zamanla bu arzularınıza cavab olar, bu məsələlər ötəridir”.
Millət vəkili Zahid Orucun çıxışı zamanı ucqar kəndlərin qazlaşdırılması probleminə vitse spiker Valeh Ələsgərov da münasibət bildirib. O bildirib ki, hər bir kəndə qaz çəkilməsi gözəl bir iş olardı:
“Amma deputatlar ya özləri, ya da riyaziyyatı bilən birisindən xahiş etsinlər, hesablasın ki, ucqar kəndlərin qazlaşdırılması neçəyə başa gəlir. Kəndlərin bioqazlaşdırılması həyata keçirilməldir. Bu mümkündür”.
Valeh Ələsgərov bu sözləri deyən zaman Zahid Oruc vitse spikerin sözünü kəsib. Vitse-spiker də bundan xoşhal olmayıb. Qeyd edib ki, mən səni tənqid etmədim, sözümü niyə kəsirsən? Mən deputatlara üzümü tutaraq dedim.
Daha sonra çıxışını davam etdirən vitse spiker qeyd edib ki, kəndlərdə bioqazlardan istifadə mümkündür:
“Gəlin, buna imkan yaradaq. Yoxsa hər kəndə qaz xətti çəkməyə heç bir ölkənin pulu çatmaz”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024