Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-04-2014, 22:32)
Rəsul Quliyev baş naziri "topa tutdu"...

Eks-spiker Rəsul Quliyev Türkiyədəki bələdiyyə seçkilərinin nəticələrini Moderator.az-a şərh edərkən Ərdoğanın təhlükəli oyun oynadığını və türk seçicisini tələyə saldığını bildirib:

“Türkiyə yerli seçkilərdə AK partiyanın qələbə çalacağı gözlənilirdi. Ərdoğan 10 ildir çox təhlükəli ,fundamenti din olan millətçilik ideyalarını türk xalqının beyninə yerləşdirir və Türkiyəni sivil dünyadan uzaqlaşdıran bu bəsit, asan qəbul edilən, ancaq çox təhlükəli olan ideya camaat tərəfindən həzm olunur. Ərdoğan İran İslam Respublikasından “millət yoxdur, ancaq din insanları birləşdirir”, Rusiyadan “imperiyanın keçmiş ərazilərində hegemon olmalıyıq” ideyalarını götürüb Türkiyənin inkişafı üçün özünəməxsus bir yol seçib. Və gördüynüz kimi, Ərdoğanın qurduğu tələyə 46 faizə yaxın Türk seçicisi düşüb, əlbəttə ki, bu, Ərdoğanın qələbəsidir, ancaq onun bu qələbəni xalqının gələcəyinin üstündə yox, dünyanın hansısa əjdahalarının üzərində çalmasını elan etməsi bir daha onun kifayət qədər məhdud və ziddiyyətli adam olmasına dəlalət edir. 
Türkiyənin son 20 ildə hakimiyyətdə olan fiquraları ilə müqayisədə Ərdoğan hökümətinin daha az korrupsiya və rüşvət çirkabına batması da onun xeyrinə oynayan güclü faktorlardan biridir. Yəni korrupsiya və rüşvət yuxarı olsa da Dəmirəl,Tansu Çillər, Məsud Yılmaz,Baxçali hökümətləri ilə müqayisədə azı 40 faiz aşağıdır və bunu da camaat qiymətləndirir. Ancaq Ərdoğan Türkiyəni siyasəti ilə sivil dünyadan, demokratiyadan uzaqlaşdırır, dini millətçilik radikallığına sürükləyir."
 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024