Gündəm (11-03-2014, 16:42)
Ərdoğanın sonu yaxınlaşır
“Generallar Ərdoğanla ittifaq yaratmayacaqlar”.
Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, İlkər Başbuğ vasitəsilə Ərdoğanın itirdiyi nüfuzunu geriyə qaytarmağa çalışdığını bildirib:
“Generallar Ərdoğanla ittifaq yaratmayacaqlar. İlkər Başbuğ Konstitusiya Məhkəməsinin qərarı ilə həbsdən çıxdı. Daha sonra mini mitinqdə iştirak elədi. Burada o çıxış edərək mitinqi keçirməkdə əsas məqsədinin həbsdə qalan zabit yoldaşlarının azadlığa çıxarılması olduğunu deyib. Mənim zənnimcə, Ərdoğan eks-baş qərargah rəisini həbsdən azad etməklə özünü cəmiyyətin gözündə geriyə çəkdi. Əgər mühakimə edilən şəxs bir gündə azad edilirsə, deməli, burada məhkəmə müstəqil deyil. Məhkəmə dövlətdə əsas söz sahib olan siyasi iradədən asılıdır. Ərdoğan generalları həbsdən azad etməklə siyasi manevr etməyə, bununla da cəmiyyətdə özünün itirdiyi reytinqini geriyə qaytarmağa çalışır. Əslində bunların heç bir baş verməyəcək. O, atdığı addımla özünün yaratdığı hakimiyyətdə hər şeyin bir nəfərin iki dodağının arasından çıxan sözdən asılı olduğunu göstərdi”.
Politoloq növbəti seçkilərdə Ərdoğanın məğlub olacağını da bildirdi:
“Mən hesab edirəm ki, martın 30-da Ərdoğan seçkilərdə uğur qazanmayacaq. Onlar iddia edirlər ki, 50 faizdən çox səs toplayacaqlar. Amma onların bu günkü səs faizləri 30-35 faiz arasındadır. Yəni ki, yerli seçkiləri uduzacaqlar. Yerli seçkiləri uduzan adamın digərlərində uğur qazanması isə mümkün deyil. Ərdoğanın sonu yaxınlaşmaqdadır”.
Qeyd edək ki, bir müddət öncə türkiyəli yazarlar həbsdən çıxan generallarla Ərdoğanın Fətullah Gülənə qarşı ittifaq yaradacağını bildirmişdilər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024