Dünya / Slayd (26-03-2014, 22:10)
Ərdoğanın gücü nədədir? – TƏHLİL
Türkiyədə bələdiyyə seçkilərinə 5 gündən də az vaxt qalır. 17 dekabrda başlayan anti-korrupsiya həbsləri dalğasında keçən bələdiyyə seçkiləri müşahidəçilərə görə, əvvəlki illərdə keçirilən analoji seçimlərdən daha hərəkətlidir. Bunun isə bir sıra səbəbləri. Bir sıra müşahidəçilərə görə, Türkiyənin hakim partiyası, konkret olaraq baş nazir Ərdoğan 17 dekabrda başlayan həbslər dalğasında aldığı zərbləri məhz seçki kampaniyası dalğasında zəiflətməyə çalışır.
Məsələ burasındadır ki, Türkiyədə F.Gülən camaatına bağlı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən və ehtimal olunduğuna görə, Qərb ölkələrindən dəstəklənən həbslər dalğası Türkiyə hökumətinə, konkret olaraq baş nazir Ərdoğanın imicinə böyük zərbə olub. AKP-dən bir neçə nazir, deputat istefa verib, hakim komandada dəyişikliklər olunub. Ancaq eyni zamanda əməliyyatlar hələ də davam edir və ara-sıra açıqlanan kompromatlar Ərdoğana böyük zərbələr vurmaqda davam edir.
Lakin bütün zərbələrə rəğmən AKP 30 martda keçiriləcək bələdiyyə seçkilərinin favoriti olaraq göstərilməkdədir. Bunun ən böyük nümunələrindən biri də keçirilən seçki mitinqləridir. Ərdoğan demək olar ki, bütün Türkiyəni gəzib və çoxminli aksiyalar təşkil edə bilib. Doğrudur, Türkiyə böyük ölkədir və digər siyasi qüvvələrin də böyük sayda tərəfdarlarının olması kimi reallıq var. Ancaq bununla belə aldığı zərbələrə və korrupsiya ittihamlarına rəğmən baş nazir hələ də reytinqini qoruyub saxlayır. Son olaraq martın 23-də İstanbulda “Yenidən Milli İradə mitinqi” adlı seçki aksiyasında yüz minlərlə insanın iştirak etməsi bütün olanların fonunda Ərdoğanın hələ də siyasi lider kimi öz mövqelərini qoruyub saxladığını göstərir.
Yeri gəlmişkən, Türkiyədə keçirilən seçkiqabağı sosial sorğular da AKP-nin səslərinin hələ də yüksək olduğunu göstərir. Doğrudur, sosial sorğular tam olaraq seçki tablosunu müəyyən edə bilməsə də, ortaya çıxan nəticələr AKP-nin üstünlüyünü göstərir. Qeyd edək ki, son olaraq martın 8-11-də Türkiyənin 26 vilayətində 5200 nəfərin qatıldığı seçki anketində AKP-yə dəstək verənlərin 49,4 faiz olduğu üzə çıxıb. Maraqlıdır ki, eyni nəticə parlament seçkiləri ilə bağlı sorğu ilə bağlı da üzə çıxıb.
Paralel olaraq sorğunun nəticələrinə əsasən CHP 28,3, MHP 14,2, BDP 7,4 faiz səs alacaq. Ancaq fərqli nəticələr göstərən anketlər də yayılıb. Məsələn, bu günlərdə Türkiyədə AKP-nin CHP-dən az səs alacağı ilə bağlı gizli sorğunun üzə çıxdığı haqda müzakirələr başlayıb. Bu iddianın ən maraqlı məqamı isə sözügedən sorğunun hökumətin sifarişi ilə gizli şəkildə keçirilməsidir. Ümumilikdə bir-iki istisnanı çıxmaq şərtilə AKP-nin 30 martda keçiriləcək seçkilərdə qələbə qazanacağı, bir çox iri şəhərlərdə bələdiyyə sədri postunu qazanacağı ehtimal olunur.
Maraqlıdır ki, sorğulara görə, ölkə vətəndaşlarının 47 faizi hazırkı AKP hökumətini uğurlu hökumət komandası hesab edir. 49,5 faiz insan isə Ərdoğanı bacarıqlı baş nazir hesab edir. Yalnız 15 faizlik bir kəsim hökumətdən narazı olduğunu, 34 faiz isə Ərdoğanı bacarıqsız baş nazir hesab etdiyini bildirib.
Qeyd edək ki, Türkiyədə bir sıra müşahidəçilər baş nazirin bu qədər zərbələrdən sonra hələ də reytinqini və gücünü qoruyub saxlamasını bir sıra amillərlə izah edir. İlk növbədə Ərdoğanın ilk gündən “stavka” etdiyi dindar kəsim. Türkiyə cəmiyyətinin böyük bir kəsimi inanclıdır və dindar-mühafizəkar kəsim üçün Ərdoğan hələ də əsas siyasi liderdir. Hətta Türkiyənin nüfuzlu dini lideri Fətullah Gülənlə toqquşmadan sonra da Türkiyənin əksər dini camaatları (F.Gülən camaatı və bu qrupa yaxın olanlar istisnadır – K) hələ də Ərdoğanın yanındadır. Türkiyə kimi dindar ölkə üçün bu, çox böyük göstərici hesab oluna bilər. Bundan başqa daha bir məqam Türkiyədə hazırkı siyasi vitrinin xeyli dərəcədə boş olmasıdır.
Ərdoğanın seçkilərdəki əsas rəqibləri fəal və bacarıqlı siyasətçilər deyil. Bu mənada zəif siyasi alternativlərin olması AKP hakimiyyətinin, bir başa Ərdoğanın əlini xeyli dərəcədə gücləndirir. Nə qədər qəribə də olsa AKP hökumətinin reytinqini yüksəkdə saxlayan daha bir faktor Ərdoğan hökumətinin iqtisadi və sosial sahədə gördüyü işlərdir. Hazırda Türkiyə dünyanın yaşadığı böhran və kataklizmlərin fonunda sabit, inkişaf edən iqtisadiyyatı olan ölkə mövqeyini qoruyub saxlayır. Bu isə Türkiyədə orta təbəqə və eləcə də “yaşıl sərmayə” adlandırılan yeni dindar burjuaziyanın baş nazirə simpatiya bəsləməsinə səbəb olub.
Bütün bunların yanında AKP-nin 12 ildir davam edən iqtidarı, əlində cəmləşdirdiyi hakimiyyət rıçaqları, media, maliyyə, inzibati resurslar və beynəlxalq dəstək kimi əlavə faktorlar da var. Bütün bunlar Türkiyə hökumətinin və konkret olaraq baş nazir Ərdoğanın mövqelərinin hələ də möhkəm olaraq qalmasının başlıca səbəbləri hesab olunur.
Ancaq Türkiyə hökumətinin bələdiyyə seçkilərinə xüsusi diqqət ayırması, az qala parlament seçkiləri səviyyəsində bir kampaniya çevirməsi onu göstərir ki, baş nazir bu seçkilərə xüsusi önəm verir. 30 mart seçkiləri həm Türkiyədə yaşanan siyasi qalmaqalın davam etməsi, həm də qarşıdan gələn parlament və prezident seçkilərinin taleyi baxımından həyati əhəmiyyət kəsb edir. 30 mart seçkilərini qazanması Ərdoğan üçün “ikinci nəfəs” olacaq. Ancaq 30 marta hələ 5 gün qalıb və rəqiblərinin baş nazirə sürprizlər hazırlaması ilə bağlı ciddi iddialar var. Hətta bu “sürprizlərin” baş naziri kürsüdən endirəcəyi kimi iddialar da var. İnandırıcı görünmür, amma o da var ki, Türkiyə sürprizlər ölkəsidir (Musavat.com).
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024