Siyasət (1-04-2014, 17:21)
“Etibar Hüseynov qarabağlılardan mədəniyyət öyrənsəydi...”
“Görünür Etibarın Qarabağ mədəniyyəti haqqında informasiyası azdır”.
Mediatv.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a verdiyi açıqlamasında Milli Məclisdəki qarabağlı deputat Aqil Abbas söyləyib. O, deputat həmkarı Etibar Hüseynovun ANS-də yayımlanan verilişdə qaçqın və məcburi köçkünləri təhqir etməsinə cavab verib: “Bu sözü bir müddət bundan öncə Rüstəm İbrahimbəyov da dilə gətirmişdi. Mən onda da ona öz cavabımı vermişdim. Görünür kimsə Rüstəm İbrahimbəyovun ayaqqabısını geyinmək istəyir. Qaldıki, Bakıdan nə yahudilər, nə rusdillilər nə də ki, başqa xalqlar köçməyib. Qarabağ müharibəsi illərində Bakıdan ancaq ermənilər köçüb. Digər bir tərəfdən görünür Etibarın Qarabağ mədəniyyəti haqqında informasiyası azdır. İmkanı varsa oturub, Qarabağ mədəniyyəti haqqında oxusun. Və görsün ki, Üzeyir Hacıbəyov haralıdır, Molla Pənah Vaqif haralıdır, Natavan haralıdır, Əhməd bəy Ağayev haralıdır, Polad Bülbüloğlu haralıdır, Bül-bül haralıdır, Fərhad Bədərbəyli haralıdır, Şəmsi Bədərbəyli haralıdır, Süleyman Rəhimov haralıdır, Dədə Şəmşir haralıdır, Ramiz Rövşən və yüzlərlə adını sadalaya bilmədiyim dahilər haralıdır. Etibar qarabağlılardan biraz mədəniyyət öyrənsəydi belə sözlər işlətməzdi”
Xatırladaq ki, millət vəkili Etibar Hüseynov ANS-də gedən verilişlərin birində çıxışı zamanı Azərbaycanda şəhər mədəniyyətini 50, 60, 70-ci illərdə rusların, yəhudilərin, ermənilərin, rus dilli azərbaycanlıların yaratdığını söyləyib. E. Hüseynovun sözügedən çıxışını təqdim edirik:
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024