Sosial (13-02-2014, 18:31)
İcra başçılarımız haralıdır? - ARAŞDIRMA
Azərbaycanda söz sahibi olan icra başçıları haqda məlumatlar daim ictimaiyyətin diqqətindədir. Onların tərcümeyi-halından tutmuş gördüyü işlər, ailə-məişət söhbətlərinə qədər istənilən informasiya insanlar tərəfindən maraqla qarşılanır, günün müzakirə mövzusuna çevrilir. Elə icra başçıları da var onları təkcə rəhbərlik etdikləri bölgələrdə deyil, Azərbaycanda A-dan Z-yə hər kəs tərəfidən tanınır.
Məsələn, çox az adam tapılar ki, Bakı meri haqqında bilgiyə malik olmasın. Yaxud da Gəncənin, Sumqayıtın icra başçısını tanımasın.
Diqqət yetirsək görərik ki, çox nadir hallarda icra başçıları öz doğulduğu, böyüyüb boya-başa çatdığı rayonlara təyinat alıb çalışırlar. Rayonlarda sözü qılıncdan iti olan başçıların demək olar ki, başqa rayonlardan, başqa bölgələrdən olanlardır.
AzVision.az ötən dəfəki yazıda Bakı rayonlarının icra başçıları haqda maraqlı məlumatları oxuculara təqdim etmişdi. Bu dəfəki yazımız isə bölgələrimizin icra başçıları haqqındadır.
Maraqlıdır ki, müxtəlif rayonların idarəediciləri özləri əslən haralıdır?
Beləliklə, başlayaq Qazax rayonundan. Bu rayonun icra başçısı Ayaz Əsgərovəslən Tovuz rayonunun məşhur Qovlar şəhərindəndir.
Ayaz müəllimin həmkarı və həmyerlisi Tofiq Zeynalov isə Tovuzun icra başçısıdır
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev isə əslən Ucardandır.
Qusarda doğulan Şair Alxasov elə doğulduğu rayonu idarə edir.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəqonşuluğundakı Qax rayonunda anadan olub.
Göyçayın icra başçısı Mənsur Məmmədov Quba rayon icra başçısının həmyerlisidir, yəni Ucardandır.
Göyçayın yetirməsi olan Nazim İsmayılov isə Sabirabad rayon icra başçısıdır.
Qaxın icra baçısı Musa Şəkiliyev və İsmayıllının icra başçısı Mirdaməd Sadıqov, Şirvanın icra başçısı Mərdan Camalov idarəetdikləri rayonların yetirmələridir.
Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov əslən Bərdədəndir.
Lerik Rayonu İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov, Mingəçevir Rayon İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Xızı Rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov Bakıdandırlar.
Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayev Ordubaddan, Kürdəmirin icra başçısı İrşad Əliyev Goranboydan, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Göygöl şəhərində anadan olub, Salyanın icra başçısıTahir Kərimov isə Naxçıvandandır.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Mingəçevirdə, Şamaxının rəhbəri Asif Ağayev Sabirabadda, Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev Lənkəran şəhərində anadan olub.
Daşkəsənin icra başçısı, sabiq deputat Əhəd Abıyev əslən cənub zonasındadır, Masallıda doğulub.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Şəmkir rayon icra başçısı Nazim Veysov, Gədəbəy rayonu İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov Qərbi Azərbaycandandırlar.