Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-03-2014, 23:02)
Nurçular arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri var

 

Radikal dindarlıq və terror məsələləri üzrə amerikalı ekspert Paul Uillams ABŞ-da yaşayan Fətullah Gülənlə balı şok açıqlamalar verib. Gülənin llərdir ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə xidmət etdyini bildirən bu şəxs Gülənin sərvətinin miqdarının 50 milyard dollar çatdığını bildirir. Qeyd edək ki, amerikalı professor həmçinin FTB -nin sözçülərindən biridir. Onun illərdir Fətullah Gülən və camaatı araşdırdığı deyilir. Hətta Gülənin Pensilvaniyadakı malikənasına qədər gedib çıxıb.Amerikalı professor bildirir ki, Baş nazir Rəcəb Tayyip Ərdoğanın Mavi Mərmərə hadisələrinə sərt münasibəti və Suriya siyasətində tutduğu mövqeyə görə F. Gülənin ona düşmən olması arasında maraqlı paralellik var: "34 il öncə general Kənan Evrən həmin vaxt Amerikanın Beynəlxalq Təhlükəsizlik üzrə sözçüsü Zbiqnev Bjeziniskinin Orta Asiyadakı türk dövlətləri üçün yeni bir nizam yaradılmasının vacibliyi fikrinə uyğun hərəkət etdi. Amma bu fikrə əsl cavab verən Gülən oldu və bölgədəki qaz və neft yataqlarının idarəçiliyini ABŞ-a verə bilmək üçün məktəbləri ilə bölgəyə sızmağa başladı”.Uillams Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə bağlantılarından da danışıb: "Keçmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərləri bu məqsədlə ona Yaşıl Kart (Green Kart) almaq üçün müraciət etməsi haqda məktub verdi. Gülən çıxışlarında Osmanlının yenidən doğulması və ya yeni İslami dünya nizamından bəhs edir. Maraqlıdır ki, Mərkəzi Kəşfiyyat İdarəsi də eyni fikirləri bölüşür kimi hərəkət edir. Yoxsa nə üçün Gülənin Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstandakı məktəblərində Mərkəzi Kəşfiyyat İdarəsi agentləri olsun? Bu səbəbə görə də Rusiya və Ukrayna Gülən məktəblərini bağladı. Gülənin təsiri Çinin Uyğur bölgəsində də var. Bu formada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən onsuz da müstəqil bir ölkə kimi qəbul edilən Türkistanın Çindən asılı olmamasına çalışılır. Uyğurların liderinin də ABŞ-ın Çikaqo şəhərində yaşaması təsadüfi deyil”.Türkiyənin ”ulusalkanal” saytınad yer alan digər məlumata görə, Gülən Cümhuriyyət Xalq Partiyasını öz nəzarətinə keçirməyə çalışır. Uillams iddia edir ki, Gülən camaatı böyük bir heroin satışından maliyyələşir. Onun iddialarına görə, F. Gülən ABŞ-da Yaşıl Kart almaq üçün müraciətində 50 milyard dollarlıq bir sərvətə malik olduğunu məhkəmə heyətinə gizlicə təqdim edibmiş: "Bu rəqəm bir tədris qrupunun başında olduğunu belə rədd edən bir insan üçün fantastik məbləğdir. Bu qədər para necə toplandı?”. P. Uillams məhkəməyə təqdim edilən sözügedən sənədin onda olduğunu və lazım olarsa, yaya biləcəyini vurğulayır.

шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024