Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-05-2022, 17:56)
Yair Lapid: “İsrail Türkiyəni sevir”

 “Türkiyə xarici işlər nazirinin son 15 ildə ilk dəfə İsrailə etdiyi bu səfərdən sonra hər ikimiz təkcə diplomatik və təhlükəsizlik əlaqələrimizdə deyil, həm də iqtisadi əlaqələrimizdə irəliləyiş görəcəyimizi gözləyirik”.

Bu sözləri İsrailin xarici işlər naziri Yair Lapid türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bugünkü görüşdə “birgə iqtisadi komissiyamızı” yenidən işə salmaq və ölkələrimiz arasında yeni mülki aviasiya sazişi üzərində işə başlamaq barədə razılığa gəlmişik.

“Diplomatiyadan başqa, İsrail Türkiyəni sevir. Mədəniyyətinizi və musiqinizi, gözəl çimərliklərinizi və rəngarəng bazarlarınızı sevən minlərlə israilli hər gün onlarla təyyarə ilə İsraildən Türkiyəyə yola düşür. Hörmətli nazir, səfərinizi və bu səhər apardığımız məhsuldar, səmimi və səmərəli söhbətləri yüksək qiymətləndirirəm. Bu gün biz təkcə bizə deyil, həm də gələcək illər üçün uşaqlarımıza fayda verəcək münasibətləri inkişaf etdirmək üçün yeni çərçivəyə başlayırıq”, - deyə İsrail baş naziri Çavuşoğluya xitabən bildirib.шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024