Siyasət / Slayd (30-08-2015, 08:31)
Azərbaycanın qapıları Abbas Abbasovun üzünə bağlandı
Son günlər baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun adı ətrafında növbəti qalmaqallı söhbətlər dolaşır. Belə ki, Rusiyanın Ulyanovsk şəhərində diaspora rəhbəri Islam Hüseynovun ofisinə “OMON” tərəfindən basqında Abbas Abbasovun adı hallandırılır.
Ulyanovskda hadisənin şahidi olan Azərbaycan Konqresinin üzvləri bu məsələdə son vaxtlar Islam Hüseynovun mütəmadi olaraq sərt tənqid etdiyi Abbas Abbasovun əli olduğunu da iddia edirlər. Konqresin üzvü, I.Hüseynovun köməkçilərindən Həsrət Həsənov APA-ya bildirib ki, xüsusilə son yarım ildə A.Abbasovun Azərbaycan dövlətinə qarşı atdığı addımlara görə I.Hüseynovun onu sərt tənqid etməsi diaspor rəhbərinin hədəfə götürülməsi ilə nəticələnib.
Məsələ ilə bağlı “Yeni Müsavat” Abbas Abbasovun deputat oğlu Aydın Abbasovdan münasibət öyrənməyə çalışıb. Lakin Aydın Abbasov əvvəlki kimi atası barədə iddiaları cavablandırmaq fikrində olmadığını deyib və xahiş edib ki, mətbuat bu kimi məsələlərlə bağlı onu narahat etməsin. Aydın Abbasov həmçinin atasına görə ona təzyiqlər olunduğu, müəyyən qadağalar tətbiq edildiyi barədə deyilənlərin həqiqətuyğun olmadığını bildirib. “Deyilənlərlə konkret məsələlər üst-üstə düşmür. Mən Avropa Şurası nümayəndə heyətinin üzvüyəm, mənə nə qadağa qoyula bilər ki?”,- deyə o, vurğulayıb.
“Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, Azərbaycan hakimiyyətinin Abbas Abbasova qarşı sərt münasibətində heç bir dəyişiklik baş verməyib. Əksinə Rusiyada yaşayan nüfuzlu azərbaycanlılara baş nazirin keçmiş müavinindən uzaq durmaq tapşırılıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024