Siyasət (Bu gün, 16:15)
Turizm Agentliyində 700 minlik TENDER:“Yalandan xəbər yayacaqlar ki, iş görmüşük...”
“700 min manatı öz işlərinə sərf eləyəcəklər. Yalandan da xəbər yayacaqlar ki, bu işləri görmüşük. Amma ortada heç nə yoxdur”.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O, Dövlət Turizm Agentliyinin 2026-cı il üzrə Yaxın Şərq ölkələrində təbliğat xidmətlərinin satın alınması məqsədilə keçirdiyi təxminən 700 min manatlıq (685.482 AZN) tender barədə münasibətini bildirib.
H.Hacıyev qeyd edib ki, Turizm Agentliyinin rəhbərliyi bu işin öhdəsindən gələ bilməz:
“Azərbaycanın hər yeri elə turizmdir. Düzgün xidmət olunsa, Azərbaycana milyonlarla turist, büdcəyə isə milyardlarla vəsait gələr. Ona görə də, birinci kadr məsələsini həll eləmək lazımdır.Nəsimi Ələsgərli, (yenicag.az)
700 min manat ayırıb tender elan ediblər. Öz qohum-əqrəbalarına verəcəklər. Apar kağız ver, görüm kənar şəxsə imkan verərlərmi ki, gedib xaricdə o tenderdə iştirak etsin? Bunlar özləri üçün ayrılan pullardır, sadəcə “silirlər”.
Vəzifədən çıxarılan məmurların hamısını görürük tenderləri özlərinə götürür, qohumlarına, yaxud yaxınlarına verirlər. Orada perspektiv görmürəm. Azərbaycan xalqının və dövlətinin pulunu mənimsəyirlər.
Azərbaycan üçün nə iş görüblər? Ölkəmiz başdan-ayağa turizm bölgəsidir. Gəncəyə təyyarə reysləri elə açılmalıdır ki, turistlər rahat gəlib Göygöldə, Hacıkənddə dincəlsinlər. Qarabağımız, Gəncəbasar bölgəsi, Lənkəran-Astara zonası, Şuşamız, Laçınımız və digər ərazilərimiz turizm üçün çox əlverişlidir. Qısacası, hər şey kadrdan asılıdır.
700 min manatı öz maraqlarına sərf eləyəcəklər. Yalandan da xəbər yayacaqlar ki, bu işləri görmüşük. Amma ortada heç bir şey yoxdur.
Gürcüstana, Ermənistana neçə milyon turist gedir, büdcələrinə milyardlarla pul gəlir. Onlar bizdən artıqdırlar? Azərbaycana nə olub? Sadəcə, ora təyin olunan şəxs kiminsə qohumudur”, – deyə o bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026

























