Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (10-07-2015, 13:07)
Rusiya “Milyarderlər İttifaqı”na niyə dəstək olmadı?

 

Qurum iki illik fəaliyyəti dövründə istədiklərinə çatmadı; 

 

Qabil Hüseynli: “Milyarderlər İttifaqı” fəaliyyətsiz bir qurum kimi idi”
 
Natiq Miri: “İttifaq getməyə məcbur idi”
“Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) buraxılması barədə xəbər vermişdik. 2013-cü ilin prezident seçkiləri ərəfəsində şəkildə yaranan, Azərbaycanda ciddi dəyişikliyə nail olacağına ümidlər bəslənən qurum 8 iyul tarixində bağlanılması barədə qərar qəbul edib. Bu barədə ittifaqın sədri, Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov “AzerRos” portalına müsahibəsində bildirib. 
İki illik fəaliyyət dövründə “Milyarderlər İttifaqı” ciddi uğura nail ola bilmədi. Bu qurum mövcud olduğu müddət ərzində daxilindəki intriqalarla daha çox gündəmdə qaldı. Çoxları hesab edir ki, RATİ-nin qarşısına qoyduğu hədəflərə çata bilməməsinə səbəb Rusiya projesi olmasıdır. Şimal qonşumuzun seçkilər ərəfəsində belə bir qurum yaratmaqla Azərbaycana təzyiqlər etdiyi, istədiyini alandan sonra isə, təşkilatın üzərindən əlini çəkdiyini düşünənlər də var. 
“Milyarderlər İttifaqı”nın siyasət səhnəsində möhkəmlənə bilməməsi və sonda buraxılması ilə bağlı ekspertlərin fikirlərini aldıq.
Politoloq Qabil Hüseynli “Milyarderlər İttifaqı”nın yarandığı gündən fəaliyyətsiz şəkildə mövcud olduğunu söylədi: “Milyarderlər İttifaqı” xüsusi bir missiya ilə yaranmışdı. Guya Rusiyadakı bütün azərbaycanlıları, yəni diasporanı öz ətrafında toplayacaq və ona rəhbərlik edəcək. Abbas Abbasovun fikri bu idi ki, Rusiyadakı iki milyondan artıq azərbaycanlını “Milyarderlər İttifaqı”nın ətrafına toplamaqla, onlardan siyasi alət kimi istifadə eləsin. Bu ittifaq Azərbaycanın ciddi etirazına səbəb oldu. Birincisi, Rusiyada qeydiyyata alınmadı. Qeydiyyata alınmaması onlara ciddi xəbərdarlıq oldu. Yaranmasına baxmayaraq, “Milyarderlər İttifaqı” fəaliyyətsiz bir qurum kimi idi. Bir məsələni həll etmək üçün, qurumu bir yerə toplamaq təşəbbüsündə olmadılar. Bundan sonra Abbas Abbasov “AzerRos”a meyl etdi. İlk vaxtlar Söyün Sadıqovla əlbir oldular. O, Ağsaqqallar Şurasının sədri oldu. Bu faktiki rəhbərlik demək idi. Bir azdan sonra Söyün Sadıqovu başa saldılar ki, Abbas Abbasovun siyasi ambisiyaları var. Bu, Azərbaycanın əleyhinə yönəlib. Nəticədə aralarında narazılıq yarandı. Söyün Sadıqov Azərbaycan prezidentinə məktub yazdı. Mətbuatda Abbas Abbasovu ifşa edən yazılarla çıxış etdi. Özü də bildirdi ki, Ağsaqqallar Şurasını ləğv edəcək. Konfrans çağırdığı zaman Abbasov adamlarını çağırdı. Dağıstandan belə idmançılar köməyə gəldilər. Tədbir keçirilən zaman əlbəyaxa dava düşdü. Bu münaqişədə Söyün Sadıqovu tutduğu binadan çıxara bilmədilər. Sadıqov istədiyinə nail oldu, sədrliyini elan etdi, Ağsaqqallar Şurasını ləğv etdi. Bundan sonra Abbas Abbasov başına 5-10 adam yığıb yeni bir “AzerRos” yaratdı”.
Politoloq Abbas Abbasovun Azərbaycan diasporasına ciddi zərbə vurduğunu da qeyd etdi: “ O, saç-saqqalına yaraşmayan, vaxtilə tutduğu vəzifəyə hörmət etməyərək, kiçik dedi-qodularla məşğul oldu. Nəticədə Azərbaycan diasporunun fəaliyyətinə ciddi zərbələr vurdu. Son zamanlarda onunla bağlı məsələlər çözülməkdədir. Artıq ətrafının əhatə dairəsi daralır. Elə bir gün çata bilər ki, Azərbaycan  onu tələb edə bilər. Ona görə də, Abbasov artıq geri çəkilməyə başlayıb. Yalandan “Milyarderlər İttifafı”nın buraxılması barədə bəyanat verib. O, “AzerRos”-dan istefa versə, siyasətdən getsə belə, onunla bağlı həqiqət dəyişməyəcək”.
Digər politoloq Natiq Miri hesab edir ki, ittifaqın uğur qazanmamasına səbəb Rusiyadır: “Milyarderlər İttifaqı”nın sifarişçisi Rusiya hakimiyyəti idi. Rus hakimiyyəti əslində bu ittifaqı yaratmaqla, Azərbaycan iqtidarına təzyiq etmək yolu ilə istədiyini almaq istəyirdi. Bunu da aldılar. Bundan sonra bu projenin arxasından siyasi dəstək çəkildi. Ona görə də qurumun siyasi çalarları yox oldu. Nəticədə perspektivini itirdi. 2013-cü ildə rus hakimiyyətinin əsas məqsədlərindən biri o idi ki, bu seçki yenə də Rusiya yönündə olsun. Seçkidəki 85% nəticə seçkinin Rusiya yönündə getdiyini sübut etdi. Amma Qərb modeli fərqli idi. 50-55% müəyyən edilmişdi. Gələcəkdə isə, parlament və hakimiyyət daxilində müxalifətə yer verilməsi nəzərdə tutulurdu. Amma bu olmadı. Ona görə də “Milyarderlər ittifaqı”nın fəaliyyətinə yer qalmadı. Bütün mənalarda Rusiya Azərbaycandan istədiyini aldı. İttifaq getməyə məcbur idi. Eyni zamanda, Rusiya bu qurumun rəhbəri olan şəxsi də Azərbaycan hakimiyyətinin təzyiqlərindən qorumadı. Bunun üçün Abbas Abbasov belə qərar vermək məcburiyyətində qaldı. Belə olmasaydı, o, daha çox itirəcəkdi. Bunları hesablayıb, geri çəkildilər”.
Musavat.com

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024