Siyasət / Slayd (29-03-2025, 11:21)
Bakıda beynəlxalq konfrans keçirilir

Mediatv.az xəbər verir ki, konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər.
Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilinin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər geniş şəkildə müzakirə edilir.
Kolonial siyasətin nəticələri, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri, habelə Fransa və Niderland hökumətlərinin yeni kolonial siyasəti ətrafında fikir mübadiləsi aparılır.
Bundan əlavə, konfrans zamanı Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatlarından biri arasında anlaşma memorandumunun imzalanması gözlənilir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
30 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025