Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 11:09)
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi

hikmet-haciyev-berbokun-ittihamlarina-cavab-verdi


“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində yazıb.

“Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi.

Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır.

O, həmçinin nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını tanıyırıq.

Dünya gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi kimi çıxış edib”, – o qeyd edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024