Siyasət (6-03-2014, 18:55)
Nazirlikdən Bahar Muradovaya etiraz: “Orduda psixoloq ştatı çoxdan var”
Uzun müddətdir ki, hərbi hissələrdə psixoloq ştatının yaradılması ilə bağlı fikirlər səsləndirilir. Sonuncu dəfə isə bu məsələ Milli Məclisin plenar iclasında qaldırıldı. Parlamentin vitse-spikeri Bahar Muradova hərbi hissələrdə psixoloq ştatının yaradılmasına ehtiyac olduğunu və bu ştatın yaradılması təklifi ilə çıxış etdi.
Virtualaz.org-un məlumatına görə, Müdafiə Nazirliyi B. Muradovanın bu təklifi ilə bağlı modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin tabeliyində olan hərbi hissələrdə psixoloq ştatları fəaliyyət göstərir.
“Bu vəzifələrdə xidmət edən zabitlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, əsgərlərlə fərdi işin aparılması, psixoloji testlərin, anonim sorğuların keçirilməsi və digər fəaliyyətləri yerinə yetirirlər. Aparılan işlərin nəticəsi olaraq risk qrupuna aid olan şəxslər müəyyən edilir, onlarla fərdi iş təşkil olunur və ehtiyac duyulanlar nəzarətə götürülür. Psixoloji iş hərbi qulluqçuların hərbi xidmətə çağırıldığı gündən ehtiyata buraxılanadək planlı şəkildə, mütəmadi və davamlı olaraq həyata keçirilir. Eyni zamanda Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən “Hərbi psixologiyanın əsasları” adlı metodiki vəsait və “Hərbi qulluqçunun psixologiyasının xüsusiyyətləri. Hərbi qulluqçuların şəxsiyyətinin öyrənilməsi metodları” metodiki tövsiyəsi hazırlanıb. Bu sahədə fəaliyyətlər şəxsi heyətlə aparılan fərdi işin daha da yaxşılaşdırılması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının artırılması, baş verə biləcək neqativ halların qarşısının alınması məqsədini daşıyır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024