Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-06-2023, 12:46)
Ermənistan defoltun astanasında: “Sülhdən başqa yolları yoxdur” – Deputat

 Ermənistanın dövlət borcu bu gün 10 milyard 637 milyon dollardır. Bunu Ermənistanın maliyyə naziri Vahe Hovannisyan parlamentin maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyasının bu gün keçirilən iclasında Milli Assambleyada 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.
Bununla bağlı, millət vəkili Elman Nəsirov “MediaPost”a açıqlamasında bildirib ki, defolt durumunda olan Ermənistan iqtisadiyyatının mövcud vəziyyətdən xilas olmasının tək yolu Azərbaycanla sülh danışıqları masasından keçir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan iqtisadiyyatının ağır vəziyyəti və onun daha dəhşətli perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər tam özünü doğrultmaqdadır. Ermənistan nə qədər ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir, özünə təcrid siyasəti həyata keçirir, blokadanın aradan götürülməsi istiqamətində real addım atmır, Zəngəzur dəhlizinin işə salınmasına mane olur, nəqliyyat, kommunikasiya əlaqələrinin bərpası istiqamətində heç bir iş görmür bir o qədər də defolta məhkum qalacaq”.
Onun sözlərinə görə, Ermənistan bu labirintdən çıxış yolu tapa bilməyəcək və Zəngəzur dəhlizinin açılması Ermənistanın özü üçün bu gün havası kimi lazımdır:
“Əgər bu baş tutarsa, Ermənistanın İran ilə Rusiya ilə həm dəmir yolu, həm də avtomobil yolu əlaqəsi yaranacaq. Bununla da Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr bərpa olunacaq ki, bu da Ermənistan üçün hava, su kimi lazımdır. Yəni faktiki olaraq erməni nazirlər də Zəngəzur dəhlizinin açılmasının labüdlüyü məsələsini dilə gətirib və qeyd edib ki, yalnız belə olacağı halda Ermənistan düşdüyü ağır iqtisadi vəziyyətdən yaxa qurtara bilər”.шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025