Siyasət (6-06-2023, 14:42)
"Sülhün alternativi yoxdur, alternativ olsa, bu müharibədir" - Elman Nəsirov

Bunu Faktmedia.az-a millət vəkili Elman Nəsirov deyib. Deputat bildirib ki, Ermənistan siyasi rəhbərliyi II Qarabağ müharibəsindən çox ciddi dərs almalıdır və müharibə Ermənistan üçün hansı fəlakətləri labüd edə bilər:
"Ona görə də hesab edirəm ki, hal- hazırki durumda Ermənistanın siyasi rəhbərliyi çox gözəl dərk edir ki, sülh müqaviləsi imzalanmalıdır, həm də Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında. Sevindirici hal ondan ibarətdir ki, getdikcə Ermənistan siyasi rəhbərliyi daha çox dərk edir ki, Qarabağ heç bir zaman müstəqil qurum ola bilməz, yalnız Azərbaycanın tərkibində mövcud olmalıdır və açıq şəkildə "Qarabağ Azərbaycandır!" deməsələr də amma ehyamlarla, müxtəlif yanaşmalarla Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadrat km çərçivəsində tanımaqla Paşinyan əslində "Qarabağ Azərbaycandır!" demiş olur. Sadəcə, bu gün Ermənistanda revanşizm mövcuddur və onlar iddialarla çıxış edirlər, Köçəryanı Paşinyanın yerinə gətirmək iddiasını da gizlətmirlər, Paşinyana qarşı sui- qəsd və terror törədəcəklərini də gizlətmirlər. Bütün bu reallıqlar fonunda, sülh prossesinin gedişatında müəyyən problemlər yaşanmış olur".
Eman Nəsirova əlavə edib:
"Habelə, Ermənistan rəhbərliyi dərk edir sülh olmayacağı təqdirdə heç Azərbaycan da onu istəməyə bilər və yeri gəlmişkən, Azərbaycan prezidenti cənab İlham Əliyev bir neçə dəfə söyləyib ki Ermənistan sülh istəmirsə, bizə də o lazım deyil və Ermənistanın sülh olmayacağı təqdirdə hansı problemlərlə üz- üzə qalacağı, blokada vəziyyətindən çıxa bilməyəcəyi həqiqətdir. Bütün bu reallıqları nəzərə alıb güman edirik ki, Ermənistanın baş naziri Nikol Paşinyan özündə siyasi iradə tapıb, siyasi güc tapıb, nəhayət ki Azərbaycanla sülh müqaviləsi imzalanması ilə bağlı əməli addım atmaq məcburiyyətində qalacaq".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi - VİDEO
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025