Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-05-2023, 14:09)
Vaşinqtonda hansı maddələr razılaşdırılmayıb? - Liderlər görüşə bilər

 







“Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarının yekunu ilə bağlı tərəflər sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə razılaşma əldə ediblər. Xüsusilə ABŞ-ın Dövlət katibi Antoni Blinkenin danışıqların nəticəsi olaraq səsləndirdiyi fikirlər müəyyən optimizmi ehtiva edir. O bildirdi ki, çox mürəkkəb danışıqlar gedir, bütün danışıqların nəticələri marafona bənzəyir, çünki marafonun sonu həmişə daha çətin olur, biz də çalışırıq ki, finiş xəttinə çatmaq üçün tərəflərə dəstək verək. Blinkenin sözlərinə görə, müəyyən razılaşma əldə edilib ki, bundan sonra da danışıqlar davam etdirilsin. Danışıqların nəticəsi olaraq müəyyən razılaşmalar əldə edildiyi bildirilir. Müəyyən məsələlərdə hələ də ciddi fikir ayrılığının olduğu da qeyd edilir. Zənnimizcə, tərəflər ilk növbədə sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı razılaşma əldə ediblər. Hesab edirəm, razılaşmalar sırasında ən mühümü budur ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Bu, o deməkdir ki, keçmiş “Dağlıq Qarabağ” ərazisi Azərbaycanın tərkib hissəsidir. Ermənistan bununla da həm Qarabağın, həm də Zəngəzurun Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir. Düşünürəm, bu istiqamətdə də razılaşma var”.






 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat tərəflər arasında razılaşdırılmayan məsələlərə də toxunub: “Bu, heç də “Qarabağın müstəqilliyi” ideyası ilə bağlı deyil. Əvvəllər ermənilər bu ideyanı müdafiə edirdilər ki, Qarabağ “müstəqil” olmalıdır, sonra isə Ermənistana birləşməlidir. İndi isə Qarabağın “müstəqilliyindən” danışmırlar. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edirlər, lakin Qarabağda yaşayan erməni icması üçün müəyyən muxtariyyətin əldə edilməsi, yəni Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və muxtariyyəti ilə bağlı məsələ bu gün Ermənistan tərəfinin əsas iddiaları sırasındadır. Təbii ki, Azərbaycanın tərkibində. Bunda israrlıdırlar. Hesab edirəm, bu məsələ ətrafında çox ciddi fikir ayrılıqları var. Azərbaycan dövlətinin bununla bağlı prinsipial və qətiyyətli mövqeyi bəllidir. Ölkə rəhbəri cənab İlham Əliyev dəfələrlə ifadə edib ki, heç bir halda muxtariyyətdən söhbət gedə bilməz. Söhbət Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasından gedir. Onlar Azərbaycandakı digər millətlər kimi eyni hüquqlara malik olacaqlar. Çox gözəl bilirlər ki, Azərbaycan Prezidentinin sözü imzası qədər güclüdür”.
 E.Nəsirov deyib ki, ABŞ-da gedən danışıqların yekunlaşdığı vaxt Baş nazir Nikol Paşinyan Praqada səfərdə olub: “O, yenə də öz köhnə ampluasındadır. Bir yandan sülhdən danışır, bir yandan da BMT-ni ittiham edir ki, Qarabağda baş verən son proseslərlə bağlı BMT Təhlükəsizlik Şurasının xüsusi iclası keçirilməli idi, hələ də keçirilməyib. Amma bütövlükdə hesab etmək olar ki, həqiqətən də, həm Azərbaycan, həm də Ermənistan tərəfi sülhün imzalanmasına maraqlı olduqlarını ifadə ediblər. Blinkenin sözlərinə inansaq, faktiki söhbət finişə yaxınlaşmaqdan gedir. Marafonun sonunun qəliz olduğu fikri də öz əksini tapıb. Doğrudan da, marafon yarışlarında idmançılar finişə çatarkən artıq ən çox yorğun olduqları məqama düşür. Bu nöqteyi-nəzərdən Blinken artıq finişə yaxınlaşdıqca daha mürəkkəb situasiyanın üzə çıxdığını qeyd edir. Bu şəraitdə də kömək edib tərərflər arasında razılaşmanın əldə olunmasına çalışdıqlarını bildirir. Bu arada məlum oldu ki, Paşinyanın Moskvaya səfəri gözlənilir. Eyni zamanda erməni mətbuatının yaydığı məlumata görə, artıq Virciniya ştatında həyata keçirilən danışıqların ardınca Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi planlaşdırılır. Belə təmaslar intensivləşdikcə yəqin daha yüksək səviyyədə görüşlər üçün yol açılır. İstisna deyil ki, perspektivdə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü ola bilər. Bu görüşlərin həlledici ola biləcəyinə çox böyük ümidlər var”.
шаблоны для dle 11.2

Xəbər lenti
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025