Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (28-05-2023, 16:19)
Ərdoğan səs verib - "Seçicilərin fəallığı kifayət qədər yüksəkdir" + VİDEO


Türkiyə Prezidenti, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan prezident seçkilərinin ikinci turunda səsvermədə iştirak ediblər.
“Report”un Türkiyəyə ezam olunan əməkdaşının verdiyə xəbərə görə, o, İstanbul Üsküdarda yerləşən Saffet Cebi adına orta məktəbə gələrək səs verib.
“Türkiyə tarixində ilk dəfədir ki prezident seçkiləri ikinci tura qalıb” - deyə,  Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, seçicilərin fəallığı kifayət qədər yüksəkdir.
R.T.Ərdoğan bir daha seçiciləri səsvermədə daha fəal iştirak etməyə çağırıb: “Arxayınlaşmaq olmaz. Hər kəs səsinə sahib çıxmalıdır”.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu bu gün keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.


шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024