Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (22-05-2023, 12:14)
Türkiyənin keçmiş prezidentliyə namizədi növbəti turda Ərdoğanı dəstəkləyəcək

 
 
 
Mediatv.az
  lenta.ru-ya istinadən məlumat verir ki, ATA alyansından Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edəcək. Bu barədə “Hürriyet” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb.
“Sinan Oğan bu gün seçkilərin ikinci turunda prezident Ərdoğanı dəstəkləyəcəyini açıqlayacaq. O, Kılıçdaroğlunu terror təşkilatlarını dəstəklədiyi üçün dəstəkləməyəcəyini bəyan edəcək”, - bu haqda nəşrin köşə yazarı Abdulkadir Selvi bildirib.
Oğanın bu gün Ərdoğanla müzakirə etdiyi proqramın məqamlarını açıqlayacağı da bildirilir. “Bu məqamlar belədir: Konstitusiyanın ilk dörd maddəsinin dəyişdirilməməsi. Türk kimliyinin Konstitusiyadan çıxarılması cəhdlərinin qarşısının alınması, hər cür terror təşkilatları və terrorizmlə mübarizə, sığınacaq axtaran şəxslərin plana uyğun olaraq mərhələli şəkildə deportasiyası, beynəlxalq bazarlara uyğun iqtisadi siyasətin işlənib hazırlanması və daha geniş çeviklik, faiz dərəcələri siyasəti”, - deyə, nəşr yazır.
Mayın 14-də Türkiyədə prezident seçkilərinin birinci turu keçirilib. Ərdoğan 49,5 faiz səslə Kılıçdaroğlunu səs çoxluğu ilə keçib. Onun rəqibi 44,89 faiz, Oğan isə 4,32 faiz səs toplayıb. Qalib mayın 28-də keçiriləcək ikinci turda müəyyənləşəcək.шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024