Siyasət / Slayd (7-05-2023, 09:49)
Türkiyə birdən-birə necə oldu ki, neft kəşf etdi?
2018-ci ildə biz bu regionlarda potensial gördük. Təəssüf ki, bu ərazilərdə axtarış fəaliyyəti apara bilmirdik. Jandarmımız sayəsində o ərazini terrordan təmizlədikdən sonra işə başladıq.
Mediatv.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fateh Dönmez Şirnak vilayətinin Qabar dağı yaxınlığındakı neft ehtiyatlarının kəşfindən danışarkən deyib.
"Bizim geoloqlarımız var. Cənub-Şərqi Anadolu bölgəsinin tarixini qiymətləndirdikdən sonra belə bir potensial ön plana çıxdı. Dostlarımız çox çətin coğrafi şəraitdə işləyirlər. Qüllənin ucaldılması, qazma - vaxt aparan işlərdir. Daha öncə kəşf edilən Şəhid Əsma Çevik quyusu bura yaxın ərazidədir. Sutkada 9-10 min barrel hasilat gündəmdədir", - nazir qeyd edib.
Nazir kəşf edilən yataqların ölkənin 12 faizlik ehtiyacını qarşılayacağını bildirib:
"İndi bizim gündəlik 100 min barrel hasilat gücümüz var. Ümumi ehtiyatımız 1 milyard barreldir. Onun istehsal qabiliyyətinə baxmaq lazımdır. Hasilat 180 min barrelə qədər artacaq. Təkcə bu yer bizim 12 faiz ehtiyacımızı ödəyəcək. Ölkəmizin digər neft emalı zavodları da onu emal etməyə hazırdır. Artıq orada boru kəmərlərimiz var. Oradan gəmilərə yükləyirik və daxili xətlərlə İzmir və ya Kocaeliyə emal üçün göndərə bilərik. Bizim Qırıqqalada də neft emalı zavodumuz var, orada da fəaliyyət göstərə bilərik. Əlavə müəssisə tikməyəcəyik. Türkiyədə emal gücü 40 milyon barrel olan aktiv neftayırma zavodlarımız var".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024