Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-08-2020, 13:02)
Yeni qaz yatağı Türkiyəyə nə qazandıracaq?

 Türkiyə yeni kəşf olunan ən böyük qaz yatağından çıxarılan qazla ümumilikdə 105 milyard dollara qənaət edəcək.
Mediatv.az xəbər verir ki, bu barədə “Sabah” qəzetinin yazarı Dilek Güngör “Yeni eksen Türkiye” adlı məqaləsində bildirib.
“Yatağın kəşfi bir tərəfdən enerji təhlükəsizliyini təmin edərkən digər tərəfdən Türkiyəni qlobal enerji bazarında iştirakçıya çevirəcək.
Türkiyə bundan sonra İran, Rusiya və Nigeriya kimi ölkələrdən qaz gözləmək əvəzinə, enerji ticarətinə başlayan bir ölkə olacaq. Yeni yataqların kəşfini istisna etməklə ilkin kəşf olunan yataq sayəsində Türkiyə 7 ildə 105 milyard dollara qənaət edə biləcək. Bu kəşf ilə ildə ən azı 15 milyard dollara çatan qaz idxal xərclərinin qarşısı alınacaq”,- deyə məqalədə qeyd olunub.
Qeyd edək ki, Türkiyə Qara dənizdə tarixinin ən böyük təbii qaz yatağını kəşf edib. Yataqdakı qaz ehtiyatının həcminin 320 milyard kubmetr olduğu bildirilib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024