Siyasət (5-05-2023, 13:44)
İran hələ ki müsbət addım atmayıb

Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən beynəlxalq konfransda Azərbaycan-İran əlaqələrindən danışıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir. Ölkə rəhbərinin sözlərinə görə, münasibətlərin həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.
İki ölkə arasında münasibətlərlə bağlı proqnozlaşdırmanın çox mürəkkəb olduğunu qeyd edən dövlət başçısı bildirib ki, son günlər İran rəsmilərindən bəzi məktublar gəlir: "Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Yetirilməsə, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”. Prezident Tehrandakı səfirliyimiz barədə də söz açıb: "Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bu, mənim qərarımdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir".
İki ölkənin gərgin münasibətini "Şərq"ə dəyərləndirən millət vəkili Elman Nəsirli bildirib ki, dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Deputatın sözlərinə görə, ikitərəfli münasibətlər formatının öz daxilində fərqli istiqaməti isə qonşularla əlaqələrdir:
"Azərbaycan öz dövlət siyasətinin fəlsəfəsinə uyğun olaraq hər zaman İranla münasibətlərin normal olmasında maraqlı olub. İkitərəli münasibətlərin normal və yüksək səviyyəsinin təminatı üçün hər iki tərəfin eyni istəkdə olması vacibdir.
Amma təəssüf ki, son zamanlar İranın Azərbaycana münasibətdə qərəzli mövqe tutmasının dəfələrlə şahidi olmuşuq. İran Ermənistanı açıq-aşkar dəstəkləyib. Vurğulyıb ki, Ermənistanın ərazi bütövlüyü İran üçün "qırmızı xətt"dir. Tehranda Azərbaycan diplomatlarına qarşı terror aktı baş verib, sərhədimizdə hərbi təlimlər keçirilib, hava məkanımız pozulub. Bunlar heç bir halda qonşuluq münasibətlərinə uyğun gəlməyən, əksinə, düşmən Ermənistanın yanında yer almaq anlamına gələn bir davranışdır. Cənab Prezident Şuşada keçirilən beynəlxalq tədbirdə Azərbaycan-İran münasibətlərinə bir daha toxundu. Dövlət başçısı qeyd etdi ki, ikitərəfli münasibətlərdə çox kövrək də olsa müəyyən müsbət tendensiyalar müşahidə olunur. Məktublaşmalar, telefon danışıqları həyata keçirilir. İranın sanki əvvəlki siyasətindən imtina etməsi ilə bağlı davranışı diqqətdən yayınmır. Amma bu davranış hələ də aydın və birmənalı şəkildə deyil. Ona görə də İranın anti-Azərbaycan siyasətindən geri çəkildiyini söyləmək, əleyhimizə addım atmaqdan birdəfəlik imtina etdiyi qənaətinə gəlmək çox çətindir".
Parlament üzvü vurğulayıb ki, nə qədər ki, İran ikitərəfli münasibətlərin pozulmasının əsas səbəblərini aradan qaldırmayıb, Bakı-Tehran münasibətlərinin normallaşmasından söhbət gedə bilməz:
"Dövlət başçısının İranla bağlı səsləndirdiyi fikirlər Tehran hökuməti üçün ciddi mesajdır. Bu həm də onu göstərir ki, Azərbaycan mehriban qonşuluq münasibətlərinə sadiqdir, sədaqətlidir".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025
7 05 2025