Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-01-2023, 16:00)
Bakı-Tehran münasibətləri və İsraildə səfirliyimizin açılması... - cənubdan hansı təzyiqlər gözlənilir?

Bakı-Tehran münasibətləri və İsraildə səfirliyimizn açılması...
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bəyan edib ki, Laçın-Xankəndi yolundakı aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi: “Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi primitiv səviyyədə aldatmaq istəyirdilər. Biz haradan öyrənmişik ki, indiyə qədər 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girib? Onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilməyib. Yəni biz hər şeyi görürdük, hər şeyi bilirdik”.

Bu arada, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğubu açıqlayıb. Azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışan İran parlamentinin sədri deyib ki, son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb: “Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”.

Xatırladaq ki, Məhəmməd Baqer Qalibafın Azərbaycana səfəri ötən ilin noyabrında planlaşdırılsa da, bu səfər təxirə salınmışdı.

Nəhayət, dünən Azərbaycanın İsraildə səfiri təyin olundu. Ölkəmizin İsraildə diplomatik nümayəndəliyinin təsis edilməsi, Muxtar Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfir təyin olunması, Azərbaycan-İsrail münasibətlərinin keyfiyyətcə yeni mərhələyə adlaması ölkəmizi təzyiq altında saxlamaq istəyən və güneydəki soydaşlarımızın hüquqlarını pozan İran rejimini qıcıqlandırır. Məlumdur ki, İranın Azərbaycana qarşı təzyiqlərinin arxasında duran əsas səbəb də məhz budur.

"Mediatv.az"-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AYNA-ya açıqlamasında bildirib ki, İsrail hər zaman Azərbaycana dəstək göstərib: “Bunu bütün dünyada bilirlər. İkinci Qarabağ müharibəsində İsrail Azərbaycana fəal dəstək göstərən dövlətlərdən biri idi. Azərbaycanın İsraildə səfirliyinin təsis olunması ilə ikitərəfli münasibətlər yeni mərhələyə adlayır. Heç şübhəsiz, qarşıdakı dönəmdə münasibətlərimiz daha da inkişaf edəcək. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Tel-Əvivdə Azərbaycan səfirliyinin açılmasından sonra İsrail ölkəmizi daha ciddi şəkildə müdafiə edəcək. Azərbaycan diplomatik münasibətlərini inkişaf etdirir və bu xüsusda İsraildə səfirliyin təsis olunması mühüm hadisədir”.

Deputatın sözlərinə görə, İran Azərbaycanı ittiham edir və açıq şəkildə hədələyirdi: “Düzdür, son dövrlər bu siyasəti bir qədər yumşaldıblar. Azərbaycan, Türkiyə və İran parlamentlərinin sədrləri arasında keçirilən görüş Azərbaycanla İran arasında münasibətlərin nisbətən yumşalmasına gətirib çıxardı. Bu mənada hesab edirəm ki, bu görüş vacib idi. Ötən il ərzində İran Azərbaycana qarşı davamlı təzyiq siyasətindən istifadə etdi. Görəndə ki, bu təzyiqlər keçərsiz və mənasızdır, öz siyasətlərini dəyişməyə başladılar”.

“Cənab Prezident İlham Əliyevin ölkə televiziyalarına müsahibəsi zamanı söylədiyi fikirlər İran hakimiyyətinə xəbərdarlıq kimi qiymətləndirilməlidir. Bu açıq mesajdır ki, rəsmi Bakı İranın Laçın-Xankəndi yolundan hansı məqsədlər üçün istifadə etdiyindən məlumatlıdır. İran xarici siyasətdə böyük mənada Azərbaycandan asılı olduğunu unutmamalıdır. İranın Rusiya və Türkiyə ilə əlaqələrini Azərbaycansız təsəvvür etmək mümkün deyil. Rəsmi Tehran bunu nəzərə almalı və ənənəvi təzyiq siyasətindən imtina etməlidir”, – deyə Seyidov vurğulayıb.

"Mediatv.az"-ın məlumatına görə, sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, İran daxilində hərtərəfli böhran hökm sürür və cənub qonşumuz bunu önləmək üçün xaricdə düşmən axtarışına çıxıb: “İran anlamır ki, Azərbaycanla münasibətləri gərginləşdirmək ilk növbədə onun özü üçün təhlükəlidir. Birinci səbəb odur ki, Azərbaycan İranla Rusiya və İranla Türkiyə arasında körpü rolunda çıxış edir. Digər yandan İranda onmilyonlarla azərbaycanlı yaşayır və onlar da fars rejiminin həyata keçirdiyi avtoritar siyasətə etiraz edirlər”.

“Dedilər ki, “Zəngəzur bizim qırmızı xəttimizdir”, sonra dedilər ki, “Ermənistanın ərazi bütövlüyü, sərhədləri bizim üçün qırmızı xətdir”. Əslində, Ermənistanın ərazi bütövlüyü İranı qətiyyən maraqlandırmır. Ermənistan amilindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Görəndə ki, bu təzyiqlər effektiv deyil, Azərbaycan nəinki bundan çəkinmir, əksinə öz haqlı mövqeyini qətiyyətlə müdafiə edir, məcbur geri çəkilirlər. Son dövrlər daha yumşaq və ehtiyatlı siyasət yürüdürlər. Lakin biz onlara arxayın ola bilmərik və molla rejimindən hər zaman təhlükə gözləyirmiş kimi davranmalıyıq”, - deyə həmsöhbətimiz qeyd edib.

Hüseynli Azərbaycanla İsrail arasında müttəfiqlik münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb: “Uzun illərdir ki, hər iki ölkə bu müttəfiqliyə sadiq olduğunu nümayiş etdirib. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycana açıq dəstək nümayiş etdirib. Belə olduğu təqdirdə Azərbaycanın İsraildə səfirlik açması, münasibətləri yeni mərhələyə adlatması labüd və zəruri addım idi. Biz düşünə bilmərik ki, İran buna necə reaksiya verəcək. İran Ermənistanın ərazi bütövlüyünü qırmızı xətt olaraq bəyan edirsə, Azərbaycan niyə İsraildə səfirlik açmamalıdır ki?! Azərbaycan öz siyasətini kiməsə qarşı yönətlməyib və bu, dəfələrlə dövlətimizin başçısı tərəfindən elan edib. Azərbaycanın-İsraillə hərtərəfli əməkdaşlığı inkişaf etdirməsi regionda yalnız əmin-amanlığın, uzunmüddətli sabitliyin bərpasına xidmət edir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024