Siyasət (2-05-2023, 19:13)
Azərbaycan xalqının hüququ olsaydı, seçkilərdə Ərdoğanı dəstəkləyərdi - Elman Nəsirov
"Əgər Azərbaycan xalqının hüququ olsaydı, Türkiyədə prezident seçkilərində mütləq əksəriyyət Rəcəb Tayyib Ərdoğanı dəstəkləyərdi".
Mediatv.az Ölkə.Az”a istinadən xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentdə çıxışı zamanı deyib.Deputat Azərbaycan-Türkiyə münasibətlərindən danışıb: "Heç kimə sirr deyil ki, bu gün dünyada dövlətlər arasında etimadsızlıq formalaşıb. Azərbaycan-Türkiyə münasibətləri isə bunun əksinə nümunədir. Aprelin 29-da Türkiyədə "Tekonfest"də Prezident İlham Əliyevin iştirakı göstərir ki, Azərbaycan Türkiyə münasibətləri özünün ən pik nöqtəsindədir. Biz indiki səviyyəyə heç zaman çatmamışıq. Dövlətlərimiz dost, qardaşdır. Ulu Öndərin "bir millət iki dövlət" anlayışına Prezident İlham Əliyevin "bir yumruq" anlayışını da əlavə etməsi, bizi sevən ölkələrə də çağırışdır ki, bir yumruq kimi birləşmək lazımdır. Qəhrəmanmaraş şəhərinin yenidən qurulmasında Prezidentin səsləndirdiyi fikirlər türk dünyasında müsbət qarşılanıb".
